Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Siyasi ekspert: Ermənistanın hərbi təxribatını Azərbaycanla dövlət sərhədində həyata keçirməyə cəhd göstərməsi məqsədyönlü xarakter daşıyır

Siyasi ekspert: Ermənistanın hərbi təxribatını Azərbaycanla dövlət sərhədində həyata keçirməyə cəhd göstərməsi məqsədyönlü xarakter daşıyır

Bakı, 14 iyul, AZƏRTAC

Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasındakı çıxışında Ermənistanın Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətindəki hərbi təxribatının gerçək səbəblərini açıqladı və növbəti dəfə işğalçı ölkənin rəhbərliyinin daxili auditoriyaya yönəlmiş siyasətini ifşa etdi. Prezidentin də qeyd etdiyi kimi, Ermənistanda daxili vəziyyət artıq böhranlı həddə çatıb və daxili çaxnaşmalar geniş vüsət alıb. Bu səbəbdən də, baş nazir Nikol Paşinyan və komandası diqqəti daxili problemlərdən yayındırmaq üçün, Ermənistanın siyasi hakimiyyətlərinin klassik metodlarında - xarici düşmən faktorunu qabartmaqda görüb. Amma indiki halda Ermənistandakı vəziyyət o qədər acınacaqlıdır ki, diqqəti daxili problemlərdən yayındırmaq üçün heç bir təxribat və avantüra Ermənistan hakimiyyətinin köməyinə gəlməyəcək.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

O qeyd edib ki, işğalçı ölkədə COVID-19 virusuna yoluxanların sayı 32 minə çatıb. Əhalisinin real sayı 1,2-1,5 milyon nəfər olan bir ölkə üçün bu, həddindən artıq böyük rəqəmdir. Ermənistanda indiyədək COVID-19-a yoluxanları müəyyənləşdirmək üçün 5 aya yaxın bir zaman kəsiyində cəmi 135 minə yaxın test aparıldığını nəzərə alsaq yoluxanların sayının kifayət qədər yüksək olduğunu müəyyənləşdirmək olar. Müqayisə aparmaq üçün xatırladım ki, Azərbaycanda son 15-16 gün ərzində aparılan testlərin sayı Ermənistanda aparılan testlərin cəmindən çoxdur.

Ekspert əlavə edib ki, digər tərəfdən, məlum olduğu kimi hazırda Ermənistanda əhalinin hakimiyyətə etimadının ən aşağı həddə enməsi ilə əlaqədar dərin böhran yaşanır. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətinin tamamilə nüfuzdan düşməsinə zəmin yaradıb. Paşinyanın və komandasının sözügedən təxribatla paralel olaraq, nəzarətlərində olan bütün informasiya resursları ilə ölkə daxilində total təbliğat kampaniyasına başlamaları da sübuta yetirir ki, əsas məqsədlərdən biri paramparça olmuş Ermənistan cəmiyyətini xarici təhlükə qarşısında bir araya gətirmək cəhdidir. Erməni siyasətinin “küçə uşaqları” belə hesab edirlər ki, bu yolla getdikcə daha çox tərəfdar toplayan müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq.

E.Mirzəbəyli diqqətə çatdırıb ki, Ermənistan mediasının və müstəqil ekspertlərin verdiyi məlumatlara görə, ölkədəki iqtisadi böhran və sosial problemlər ən yüksək həddə çatıb. Bunun əsas səbəblərindən biri, COVID-19 virusuna yoluxma halları ilə bağlı aparılan mübarizənin effektivsizliyi və sərhədlərin qapalı olmasıdır. Daxili resurslarla əhalinin minimum ehtiyaclarını ödəyə bilməyən Paşinyan hakimiyyəti onları aclıq və səfalətlə baş-başa buraxıb. Ermənistanın rəsmi qurumlarının verdiyi məlumatlara görə, hər il 210 min nəfərdən çox ölkə vətəndaşı mövsümi işlərdə çalışmaq üçün Rusiya və digər ölkələrə getmək məcburiyyətində qalır. Bu şəxslərin 3-4 ay ərzində əldə etdikləri qazanc isə Ermənistanda illik ÜDM-nin 20 faizdən çoxunu təşkil edir. Ermənistan əhalisinin real sayını və gənclərin əhəmiyyətli hissəsinin ölkəni tərk etdiyini nəzərə alsaq, 210 min nəfərin, yəni bu ölkənin işçi potensialının təxminən, 35-40 faizinin yalnız mövsümi işlərin ümidinə qaldığını müəyyənləşdirə bilərik. Bu isə indiki vəziyyətdə Ermənistanda işsizliyin sayının nə qədər yüksək olduğunu göstərir.

Onun sözlərinə görə, Ermənistan Mərkəzi Bankının verdiyi məlumata görə, hər il xaricdən ölkəyə 1,5 milyard ABŞ dollarından çox köçürmələr edilir. Bu köçürmələrin əhəmiyyətli hissəsini isə mövsümi işlərdə çalışan şəxslərin öz ailələrinə göndərdikləri vəsaitlər təşkil edir. Ermənistanın Əmək və sosial məsələlər nazirliyinin demoqrafiya şöbəsinin rəisi Artak Markosyanın Ermənistan mətbuatına verdiyi açıqlamada isə Mərkəzi Bankın təqdim etdiyi rəqəmlərin real göstəricilərdən dəfələrlə az olduğunu bildirib. O qeyd edib ki, mövsümi işlərdə çalışmaq üçün xarici ölkələrə üz tutan Ermənistan vətəndaşlarının çoxu qazandıqları vəsaitləri nağd şəkildə, ölkəyə geri qayıdan zaman özləri ilə gətirirlər. Bu isə mövsümi işlərdən əldə edilən vəsaitlərin həcminin təxminən 3 milyard dollarından çox olduğunu göstərir. Yəni, təxminən Ermənistanın dövlət büdcəsi qədər. Göründüyü kimi, yaranmış vəziyyət Ermənistandakı daxili kataklizmlərin daha da dərinləşəcəyi ehtimalını yaradır. Ermənistanın, Paşinyan hakimiyyətinin isə COVID-19 səbəbindən itirilən vəsaitləri kompensasiya etmək üçün heç bir iqtisadi resursu yoxdur. Bu dəfə klassik dilənçilik ənənəsi də ermənilərin köməyinə çatmır. Çünki pandemiya səbəbindən dünyanın bütün ölkələri diqqəti daxili sosial-iqtisadi problemlərinin həllinə yönəldiblər. Məhz bu səbəbdən Nikol öz hakimiyyətini bir ölümcül nəticədən xilas etmək üçün başqa bir ölümcül nəticəni - Azərbaycanla sərhəddə təxribat törətmək yolunu seçib.

“Ermənistanın Azərbaycanla dövlət sərhədində hərbi təxribat törətməsinin başqa bir səbəbi isə, Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, ölkəmizin son vaxtlar əldə etdiyi beynəlxalq uğurlarla bağlıdır. Prezident İlham Əliyevin pandemiya dövründə irəli sürdüyü regional və qlobal təşəbbüslərinin ən yüksək səviyyədə dəstək qazanması, dünyanın aparıcı beynəlxalq təşkilatlarının, o cümlədən Avropa İttifaqının, Qoşulmama Hərəkatının və digər nüfuzlu beynəlxalq təsisatların ölkəmizin ərazi bütövlüyünə verdikləri dəstək, verilən açıqlamalar və qəbul olunan qərarlarda işğalın qətiyyətlə pislənilməsi və hərbi qəsbkarlığa son qoyulmasının tələb olunması Ermənistanın mövqelərinə ciddi zərbə vurub. Azərbaycan Prezidentinin ən mötəbər kürsülərdə, “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, MDB dövlət və hökumət başçılarının Bişkekdə keçirilən Zirvə toplantısında, Münhen Təhlükəsizlik Konfransında və digər yüksək səviyyəli beynəlxalq tədbirlərdə müntəzəm olaraq münaqişənin və bölgənin tarixi ilə bağlı gətirdiyi konkret faktlar, inandırıcı əsaslandırmalar Ermənistanın, erməni diasporu və lobbisinin təbliğatını alt-üst edib, işğalçı ölkədə faşizmə olan sevginin görmək mahiyyətini göz önünə sərgiləyib” , - deyə Elçin Mirzəbəyli vurğulayıb.

Siyasi ekspert qeyd edib ki, artıq bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bu isə Ermənistan hakimiyyətinin münaqişə ilə bağlı həm daxildə, həm də xaricdə manipulyasiya etmək cəhdlərinin qarşısını alır, təbliğat imkanlarını minimuma endirir. Bu səbəbdən də Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, beynəlxalq arenada Ermənistan demək olar ki, bütün dayaqlarını itirməkdədir.

O əlavə edib ki, Ermənistanın hərbi təxribatını Azərbaycanla dövlət sərhədində həyata keçirməyə cəhd göstərməsi də məqsədyönlü xarakter daşıyır. İşğalçı ölkə bununla diqqəti münaqişənin mahiyyətindən, işğal faktından yayındırmağa, məsuliyyəti Azərbaycanın üzərinə atmağa çalışır.

“Amma Azərbaycan Prezidentinin də bildirdiyi kimi, bunun üçün heç bir əsas yoxdur və bütün faktlar təxribatın Ermənistan tərəfindən həyata keçirildiyini, ölkəmizin isə təxribata adekvat cavab verdiyini sübuta yetirir. Azərbaycan Silahlı Qüvvələri istənilən hərbi təxribata cavab vermək gücündədir. Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Düşmənə hər zaman olduğu kimi öz layiqli yeri göstəriləcək. Azərbaycan xalqı və dövləti heç zaman işğalla barışmayacaq”, - deyə ekspert diqqətə çatdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Piylənmə uşaqlarda insulin müqavimətinə səbəb ola bilər

Ukraynada ağır cinayət törətməmiş məhbuslar səfərbərliyə cəlb olunacaqlar

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Britaniyada növbəti deputat Leyboristlər Partiyasına keçib

Nəcəf Cəfərli: ADA Universitetinin dəstəyi ilə “MacFrut” sərgisində iştirak edirik

İnkişafa və sabitliyə hesablanan Azərbaycan-Slovakiya əməkdaşlığı ŞƏRH

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək

Marneulidə “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Naxçıvanda Kitab festivalı keçirilir

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub - RƏY

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər

DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq

ADPU-da tədbir: “Əbədi ömrün ikinci yüzilliyi”

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

Azərbaycan Bəstəkarlar İttifaqında Ulu Öndərin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Premyer Liqasında XXXV turun oyun cədvəli açıqlanıb

Ankarada Azərbaycan ilə Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib VİDEO

Gəncədə “Yaradıcı müzakirələr” keçirilir

“Qalatasaray”ın hücumçusu bu mövsüm ən çox məhsuldar ötürmə edən futbolçudur

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-2 VİDEO

Varis Yolçiyev: “BOOKFEST” Naxçıvan Kitab Sərgisinin təşkili təqdirəlayiq addımdır

Koreyada təhsil alan azərbaycanlı tələbələr üçün magistraturaya qəbul imtahanı keçirilib

ADA və Bolonya universitetlərinin “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramı “MacFrut” sərgisində VİDEO