SİYASƏT
Siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi 2013-cü ildən həyata keçiriləcəkdir
Bakı, 19 iyul (AZƏRTAC). Siyasi partiyaların dövlət büdcəsindən maliyyələşdirilməsi 2013-cü ildən həyata keçiriləcəkdir. Bununla əlaqədar Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində vəsait nəzərdə tutulacaqdır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev demişdir.
S.Mirzəyev bildirmişdir ki, Milli Məclisin 2012-ci ilin yaz sessiyasında “Siyasi partiyalar haqqında” Qanuna əlavələr və dəyişikliklər edilməsi barədə” Qanun qəbul edilmişdir. Qanun artıq qüvvəyə minmişdir. Bu dəyişikliklərdə siyasi partiyaların dövlət büdcəsindən maliyyələşməsi məsələsi və qaydaları əksini tapmışdır.