İDMAN
“Skenderbeu” – “Neftçi” matçının baş hakimi müəyyənləşmişdir
Bakı, 11 iyul (AZƏRTAC). UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Skenderbeu” (Albaniya) – “Neftçi” (Bakı) matçının baş hakimi müəyyənləşmişdir.
AZƏRTAC UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, Korça şəhərində təşkil olunacaq oyunu polşalı referi Pavel Gil idarə edəcəkdir.
Qeyd edək ki, “Skenderbeu” – “Neftçi” oyunu iyulun 23-də keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaqdır. İlk oyun isə iyulun 17-də Bakıda keçiriləcəkdir. Görüşü kiprli Leontis Trattu idarə edəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [13:57]
Əli Hüseynli: Dövlətimiz idman sahəsində gənclərə böyük dəstək verir
- 03.05.2024 [12:23]
Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək
- 03.05.2024 [11:31]
"Gəncə" klubu rusiyalı voleybolçu ilə yollarını ayırıb
- 03.05.2024 [10:49]