İQTİSADİYYAT
“SOCAR-AQŞ” MMC daha bir neft quyusunda qazma işlərini başa çatdırmışdır
Bakı, 27 iyun (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) və “Abşeron Qazma Şirkəti”nin (AQŞ) birgə müəssisəsi olan “SOCAR-AQŞ” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) daha bir neft quyusunda qazma işlərini başa çatdırmışdır.
MMC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müəssisə “Azneft” İstehsalat Birliyinin sifarişi ilə “Günəşli” yatağının dayazsulu hissəsində 11 nömrəli stasionar dəniz özülündəki 307 nömrəli quyuda qazma işlərini yekunlaşdırmışdır. Fasilə lay dəstəsinə 3 min 402 metr dərinlikdə qazılan quyuda işlər vaxtından əvvəl başa çatdırılmışdır. Quyuya istismar kəməri endirilmiş, sementlənmiş və kipliyi yoxlanılmışdır.
Məlumatda bildirilir ki, “SOCAR-AQŞ” MMC əvvəllər olduğu kimi, bu quyuda da qazma işlərini təhlükəsiz, ətraf mühiti çirkləndirmədən, vaxtından əvvəl və yüksək keyfiyyətlə aparmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]