İQTİSADİYYAT
“SOCAR Corcia Petroleum” dizel yanacağının qiymətini aşağı salmışdır
Tbilisi, 26 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstan nümayəndəliyi bu ölkədəki 105 yanacaqdoldurma məntəqələrində dizel yanacağının hər litrinin qiymətini 1 lari 90 tetriyə (1 dollar 1,65 laridir) endirmişdir. Bu, indiyədək olan satış qiymətindən 15 tetri azdır.
“SOCAR Corcia Petroleum”dan verilən məlumata görə, bu, Gürcüstanda payız əkin kampaniyasına və üzüm yığımına başlanması ilə əlaqədardır. Şirkət indi dizel yanacağına tələbat artdığından bu addımı atmışdır.
Hesablamalar göstərir ki, yanacağın qiyməti ucuzlaşandan sonra istehlakçıların fəallığı artmışdır. Hazırda gün ərzində təqribən 350 min litr dizel yanacağı satılır.
“SOCAR Corcia Petroleum” payız fəslinin sonunadək bu qiyməti saxlamaq niyyətindədir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]