İQTİSADİYYAT
SOCAR-ın Gürcüstanda gələcək əməkdaşlıq məsələləri müzakirə edilib
Bakı, 24 dekabr, AZƏRTAC
SOCAR-ın prezidenti Rövnəq Abdullayev Tbilisidə Gürcüstanın Baş Naziri Giorgi Qaxariya ilə görüşüb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, görüşdə Gürcüstan iqtisadiyyatında əhəmiyyətli rol oynayan SOCAR-ın bu ölkədə həyata keçirdiyi irimiqyaslı layihələrin əhəmiyyəti xüsusi vurğulanıb.
Qeyd olunub ki, Gürcüstan hökuməti Tercola şəhəri yaxınlığında “SOCAR Georgia Petroleum”un yeni çoxfunksiyalı kompleksinin açılışını alqışlayır. Hökumət administrasiyasının binasında keçirilən görüşdə gələcək əməkdaşlıq məsələləri də müzakirə olunub.