İDMAN
“Şöhrət” ordenli, Əməkdar Məşqçi Elçin Zeynalovun 65 yaşı tamam olmuşdur
Bakı, 2 aprel (AZƏRTAC). 2012-ci il London Yay Olimpiya Oyunlarının qalibi güləşçi Toğrul Əsgərovun şəxsi məşqçisi, “Şöhrət” ordenli, Əməkdar Məşqçi Elçin Zeynalovun 65 yaşı tamam olmuşdur. AZƏRTAC xəbər verir ki, E.Zeynalov sərbəst güləş idman növü üzrə məşqçi-müəllim vəzifəsində çalışır. Bir çox yetirməsi dünya birinciliyinin, Avropa birinciliyinin və dünya Kuboku yarışlarının qalibi və mükafatçıları olmuşlar. Məşqçinin yetirməsi Toğrul Əsgərov Londonda keçirilən XXX Yay Olimpiya Oyunlarında sərbəst güləş üzrə qızıl medal qazanmışdır.
1973-cü ildə SSRİ idman ustası, 1989-cu ildə Əməkdar Məşqçi adlarına layiq görülən Elçin Zeynalov Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 25 dekabr tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı ilə təltif olunmuşdur. Ölkə başçısının 2012-ci il 31 avqust tarixli Sərəncamı ilə Azərbaycanda güləş idman növünün inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeninə layiq görülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]