İQTİSADİYYAT
Son üç ildə 10 milyonlarla vəsait dövlət büdcəsinə təhvil verilmişdir
Bakı, 3 noyabr (AZƏRTAC). “Bir çox yerlərdə yoxlamalar aparırıq. Mənimsəmədən tutmuş, işin görülməməsi, əmlakın təhvil verilməməsi, qeydiyyata alınmaması və digər bu kimi nöqsanlar vardır. Hesablama Palatası bunlar haqqında çox ciddi tədbirlər görür. Son üç il ərzində beş yüzə yaxın adam bu və ya digər formada cəzalandırılmış, 10 milyonlarla vəsait dövlət büdcəsinə təhvil verilmişdir ”.
Azərbaycan Respublikası Hesablama Palatasının sədri Heydər Əsədov jurnalistlərə müsahibəsində bunları demiş və onu da qeyd etmişdir ki, dövlət büdcəsinin gəlirlərini ödəməyən təşkilatlar haqqında da müvafiq sanksiyalar tətbiq edilir. Vergilər Nazirliyi ilə aparılan birgə yoxlamalar nəticəsində 11 cinayət işi aşkarlanmışdır.
Hesablama Palatasının sədri demişdir ki, gələn ilin dövlət büdcəsi haqqında rəy artıq hazırdır. Bu rəy müsbət xarakterlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:02]
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
- 07.05.2024 [19:40]
® “Azercell” ilk Dayanıqlılıq (ESG) hesabatını açıqlayır
- 07.05.2024 [19:33]
® “Kapital Bank”ın Laçın filialının açılışı baş tutub
- 07.05.2024 [16:23]