REGİONLAR
Sorğu iştirakçıları dini radikalizmlə mübarizədə gənclərin rolu barədə sualları cavablandırıblar
Quba, 8 sentyabr, Elxan Yusifli, AZƏRTAC
Sentyabrın 8-də “Dini radikalizmlə mübarizədə region gənclərinin rolunun artırılması” adlı layihə çərçivəsində Quba, Qusar və Xaçmaz rayonlarından olan bir qrup gənc arasında yazılı sorğu aparılıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Nurlu Sabah Uşaq-Gənclər Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı ilə Qubada keçirilən “Dini radikalizm gənclərin gözü ilə” adlı sorğuda hər üç rayondan, ümumilikdə, 90 gənc iştirak edib.
Sorğu iştirakçıları dini radikalizm, onunla mübarizədə gənclərin rolu haqqında sualları cavablandırıblar. Daha sonra gənclərin verdiyi cavablar təşkilatın ekspertləri tərəfindən araşdırılıb. Sorğu iştirakçıları dini radikalizmlə mübarizədə müxtəlif təkliflər veriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:39]
Naxçıvan ASAN Vəkil Bürosu açılıb
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]