Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Sosial Tədqiqatlar Mərkəzi “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda konfrans təşkil edib YENİLƏNİB

Konfransda stm.az saytının təqdimatı keçirilib

Bakı, 24 sentyabr, AZƏRTAC

Sentyabrın 24-də Sosial Tədqiqatlar Mərkəzi (STM) “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” mövzusunda konfrans keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirdə stm.az saytının təqdimatı da keçirilib.

Tədbiri açan Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Mərkəz haqqında məlumat verib. O bildirib ki, Sosial Araşdırmalar Mərkəzi 2019-cu ilin siyasi və sosial mühitində baş verən böyük dəyişikliklər məramının bariz nümunəsidir və ümummilli sosial dialoqun təşkili istiqamətində atılan mühüm addımlardan biridir. Daha dəqiq desək, vətəndaşı dövlət idarəçiliyinə yaxınlaşdırmaq, öz növbəsində, qarşılıqlı olaraq, onun da diqqət mərkəzinə dövlətimizi gətirmək, vətənin bu günü və gələcəyi naminə hər birimizi bacardığı töhfə və məsuliyyətini ortaya qoymağa səsləmək hadisəsidir.

İdarə Heyətinin sədri çıxışında Mərkəzin Nizamnaməsinin ehtiva etdiyi məsələlərə də toxunaraq deyib: “Cəmiyyətin inkişafının müxtəlif istiqamətləri, təklif və proqnozları Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək; aparılan siyasətin səmərəliliyinin artırılması məqsədilə idarəetmə prosesinin təkmilləşdirilməsi, qəbul edilən qərarların təsirlərinə dair tədqiqatların aparılması; dövlət və cəmiyyət arasında qarşılıqlı münasibətlərin inkişaf dinamikasının sistemli təhlili; ictimai əhəmiyyət kəsb edən müxtəlif mövzularda ictimai dinləmələr, debatlar keçirmək, bu sahədə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq etmək, geniş müzakirə platformaları qurmaq və sair”.

Görülən işlər barədə danışan Z.Oruc qeyd edib ki, müntəzəm olaraq, sosial-siyasi durum və proseslərin dinamikası ilə bağlı təhlillər, açıq və qapalı analitik hesabat və arayışlar hazırlanıb, ali rəhbərliyə və müvafiq dövlət orqanlarına təqdim olunub. Ölkə miqyasında tədqiqatlarla bağlı qurumların ümumi mənzərəsini təhlil etməyə çalışmışıq, bu sahədə əlaqələndirmə və sıx koordinasiyaya olan ehtiyacın qarşılanması üçün tədbirlərin hazırlanmasına başlanılıb. Ölkədə sosial-iqtisadi, siyasi və s. proseslərin dinamikası haqqında mötəbər sosial məlumat bazasının yaradılmasına başlanılıb. Cari il və perspektivlər üçün aktual sosial-siyasi məsələlərin elmi tədqiqat konsepsiyası - fəaliyyət planı hazırlanıb. Mərkəzin elmi-fəaliyyət planında ümumdövlət və ictimai əhəmiyyətli sosial məsələlər üstünlük təşkil edib. O cümlədən iqtidar və cəmiyyət arasında mövcud olan etimad və dialoqun möhkəmləndirilməsi, dövlət quruculuğu işinə bütün cəmiyyətin fəal cəlb edilməsi, sosial ictimai münasibətlərin aktual mövzularının tədqiqi yönündə mühüm addımlar atılıb. Sosial Tədqiqatlar Mərkəzi ictimai rəyin öyrənilməsi ilə əlaqədar 10 sosioloji tədqiqat və ictimai rəy sorğusunun keçirilməsini başa çatdırıb. Onların sırasında müxtəlif sosial təbəqələrin islahatlar prosesinə, dövlət başçısının sosial siyasətlə bağlı irimiqyaslı sərəncamlarına münasibəti və gözləntiləri, təhsilin sosioloji məsələləri və son tələbə qəbulunun iki mərhələli modelinə müxtəlif hədəf qruplarının münasibəti, dərsliklərlə bağlı mövcud vəziyyətin öyrənilməsi, sosial inkişaf və rifahın göstəriciləri, Azərbaycanda daxili miqrasiya proseslərinin xüsusiyyətləri ilə bağlı araşdırma və s. qeyd edilə bilər; "Sosial Tədqiqatlar" və "Azərbaycan barometri" adlı jurnallar Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilib, müntəzəm nəşrə hazırlıq başa çatıb.

STM rəhbəri əlavə edib ki, artıq mərkəz strukturlaşdırılıb, zəruri ilkin kadrların işə cəlbi - kollektivin formalaşması mümkün olub. Kadrları işə cəlb edərkən onların istedadı, bilik və bacarığı şəffaf əsaslarla müəyyən edilib.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri Səadət Yusifova bildirib ki, hazırda uğurlu dövlət idarəetməsi sosial həyatın bütün aspektlərinin elmi cəhətdən kompleks öyrənilməsindən, ictimai münasibətlərin inkişaf tendensiyalarının, dəyişiklikləri doğuran amillərin müəyyən edilməsindən, optimal həll yollarının tapılmasından, dəyişikliklərə çevik reaksiya verilməsindən, düzgün proqnozlaşdırmadan, qısa, orta və uzunmüddətli perspektivlərin müəyyən edilməsindən asılıdır. Bu transformasiya dövlətlərin həyatında, davranışında, siyasətində özünü büruzə verir, zamanla ayaqlaşmanı, ən əsası isə bir sıra hallarda hətta bunu qabaqlamanı şərtləndirir. Cəmiyyətlərin, dövlətlərin həyatında baş verən köklü dəyişikliklər hər zaman bunları gerçəkləşdirən liderlərin adı ilə bağlıdır. Müasir Azərbaycan ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi prinsiplər, onun yaratdığı möhkəm dövlətçilik təməli üzərində qurulub. Məhz həmin prinsipləri əsas tutaraq Prezident İlham Əliyev uzunmüddətli dayanıqlı inkişaf strategiyasını müəyyən edib. Əgər Azərbaycanın tarixi inkişaf yoluna nəzər salsaq, son 16 ildə tamamilə yeni yaradılmış Azərbaycanı görmüş olarıq.

Prezident Administrasiyasının şöbə müdiri qeyd edib ki, bugünkü Azərbaycan həm də bir neçə gün əvvəl 25 illiyini qeyd etdiyimiz “Əsrin müqaviləsi”nin yaratdığı ölkədir. İmzalanma mərasimində Heydər Əliyev demişdi ki, “Əsrin müqaviləsi” ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, onun firavan həyatı, Azərbaycan dövlətinin suverenliyinin qorunması üçün imkanlar yaradacaq. Onun arzuları bu gün həyata keçirilmiş gerçəklikdir.

Səadət Yusifova diqqətə çatdırıb ki, zaman yerində dayanmır, yeniliklər gətirir. Hazırda biz rəqəmsal texnologiyaların inkişafı ilə xarakterizə olunan növbəti sənaye inqilabı dövrünü yaşayırıq. Azərbaycan Prezidentinin son illər həyata keçirdiyi sistem xarakterli islahatlar məhz həmin transformasiyanın mərhələli şəkildə reallaşdırılmasına hədəflənib. Bu, özündə həm sosial innovasiyaları, həm institusional, həm də kadr islahatlarını ifadə edir. Sosial innovasiyalar cəmiyyətdə sosial dəyişikliklər doğuran məsələlərin həllinə yönəlmiş ideyalar, strategiyalar, texnologiyalardır. Sosial innovasiyalar insan həyatının keyfiyyətinin artırılması, qlobal tendensiyalara uyğun olaraq sosial infrastrukturun təkmilləşdirilməsi üçün yeni texnologiyalardan və biznes modellərdən istifadəni nəzərdə tutur. Prezident dəfələrlə öz çıxışlarında qeyd edib ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı durur. Təsadüfi deyil ki, sosial rifah dövlətinin qurulması Prezidentin yeni islahatlar kursunun strateji xəttini təşkil edir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Emin Hüseynov deyib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra keçmiş Sovet İttifaqı ölkələri arasında ən dərin resessiyaya məruz qalmış bir ölkə olub. Bunun obyektiv səbəbləri var idi. Ölkə hərbi təcavüzə məruz qalmışdı, dövlətçiliyimiz, suverenliyimiz təhdid altında idi. Azərbaycanda iqtisadi islahatlar ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə başladı və qısa bir zamanda öz nəticəsini verdi, resessiya aradan qaldırıldı. İndiyə qədər Azərbaycanda heyrətamiz inkişaf templəri müşahidə edilib. Prezident İlham Əliyev silsilə fərmanlar və sərəncamlar imzalayıb. Aparılan tədqiqatlar göstərir ki, əhalinin böyük bir hissəsi Prezident tərəfindən aparılan islahatları dəstəkləyir.

Emin Hüseynov qeyd edib ki, həyata keçirilən islahatlar insanların maddi durumuna müsbət təsir göstərir. 2015-ci ildə dünya bazarında neftin qiymətinin xeyli dərəcədə aşağı düşməsi nəticəsində ölkədə ikiqat devalvasiya baş verdikdən sonra əhalinin real gəlirləri azalmışdı. 2016-cı ildə inflyasiya ikirəqəmli səviyyədə idi, 2017-ci ildə də bu tendensiya davam etdi. Amma buna baxmayaraq, hökumət bu illərdə çox konservativ fiskal siyasət yürütdü. Əsas məqsəd makroiqtisadi sabitliyin bərpa olunması idi. Sözsüz ki, bu hədəfə nail olundu. Artıq 2019-cu ildə biz inflyasiyanın çox aşağı səviyyəsini müşahidə edirik. Real əməkhaqlarının artım tempi inflyasiyanı iki-üç dəfə üstələyir. Digər tərəfdən, insanların gəlirləri artdıqca bu, biznes üçün gəlir mənbəyidir ki, bu da növbəti dövrlərdə də iqtisadi artıma müəyyən təkan verəcək təsirə malik olacaq.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxışında bildirib ki, bu günə qədər "ASAN xidmət" mərkəzlərinə 33 milyona yaxın müraciət daxil olub. Nəzərə alsaq Azərbaycan əhalisinin sayı 10 milyondur, "ASAN xidmət" mərkəzlərinə edilən müraciətlərin sayının 33 milyon olması onu göstərir ki, vətəndaşlar mərkəzlərə dəfələrlə müraciət ediblər. Vətəndaşlar təqdim edilən 320-dən çox xidmətdən istifadə ediblər. “ASAN xidmət” mərkəzlərində vətəndaşlara təqdim edilən xidmətlərdən məmnunluq səviyyəsi 98-99 faizdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli çıxışında deyib ki, bu il Azərbaycanda minimum əməkhaqqı iki dəfə artırılıb. Başqa sözlə, minimum əməkhaqqı 130 manatdan 250 manata qaldırılıb. Bu da 1 milyon 350 min insanı əhatə edir. İl ərzində özünüməşğulluq proqramında 10 min vətəndaş iştirak edir. İlin əvvəlində pensiyaların minimum məbləğində 72 faiz artım olub. İlin əvvəlindən 14 mindən çox şəxsə elektron qaydada pensiya təyin edilib. Sosial müavinət və təqaüdlərin məbləği orta hesabla 2 dəfə artıb. 68 min ailə ünvanlı sosial yardımla əhatə olunur.

Mətin Kərimli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində Sosial Tədqiqatlar Mərkəzinin hesabatlarına da istinad ediləcəyini diqqətə çatdırıb.

Konfransda Milli Məclisin deputatları Tahir Mirkişili, Musa Quliyev, Maliyyə nazirinin müşaviri Elman Mehdiyev, ADA Universitetinin İctimai və Beynəlxalq əlaqələr fakültəsinin dekanı Anar Vəliyev Azərbaycanda sosial-iqtisadi sahədə aparılan islahatlardan danışıblar.

Daha sonra Sosial Tədqiqatlar Mərkəzinin rəsmi saytı konfrans iştirakçılarına təqdim olunub.

Konfrans müzakirələrlə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Coğrafiya dərsliyinin məzmunu, quruluşu və tədrisi metodikasının xüsusiyyətləri – vebinar

Bakıda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Milanda içki satışına bəzi qadağalar qoyulub

ANAMA nümayəndəsi: Qarabağ və Şərqi Zəngəzurda 248 min hektar ərazi minalarla yüksək səviyyədə çirkləndirilib

Dövlət Komitəsində Bütün Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndə heyəti ilə görüş olub

Bakı güləş üzrə Avropa çempionatına ev sahibliyi edəcək

Azərbaycan və Səudiyyə Ərəbistanı enerji tərəfdaşlığını gücləndirən sənədlər imzalayıb

Paytaxtın abad məhəllələrində minifutbol yarışları başa çatıb

Vyetnamda qidadan 487 nəfər zəhərlənib

Biologiya və coğrafiya üzrə respublika fənn olimpiadalarının yekun nəticələri elan edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib

Milli Məclisdə Bosniya və herseqovinalı deputatla görüş təşkil edilib

Azərbaycan avarçəkənləri "Prezident Kuboku"nu 9 medalla başa vurublar

Mediasiya Şurası BDU tələbələri ilə görüş keçirib

Günel Səfərova: Məktəblərdə bullinq haqqında maarifləndirmə işləri aparılır

Türk dövlətlərinin iqtisadi təşəbbüsü ŞƏRH

Ağdam Sənaye Parkına mediatur təşkil edilib

Ötən ay Şirvan-Salyan Regional Təhsil İdarəsinə 545 müraciət daxil olub

MDB İnformasiya Şurası faşizm üzərində Qələbənin 80 illiyinə xüsusi nəşr hazırlayacaq

BDU-da tədbir: Yaşıl enerji çağırışları kontekstində gələcəyə baxış

İndoneziyada torpaq sürüşməsi və sel 7 nəfərin həyatına son qoyub

AzMİU QS reytinqində bir neçə istiqamət üzrə uğurla təmsil olunur

Gürcüstan Fransanın Avropa və Xarici İşlər Nazirliyini qeyri-obyektivlikdə günahlandırıb

Paytaxtın Suraxanı və digər ərazilərindəki obyektlərdə 361 kəsici alət aşkarlanıb VİDEO

Azərbaycan-Argentina parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə edilib

Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib

Tələbələr üçün təlim: Düşüncənin gücü

I Beynəlxalq Opera Festivalının iştirakçıları “Landmark”da çıxış ediblər

® “Araz” supermarketlər şəbəkəsi tədarükçülərini Rəqabət Məcəlləsi ilə bağlı məlumatlandırıb

Bu ilədək 802 qadın narkotik istifadəsi ilə bağlı dispanser nəzarətinə götürülüb

Ombudsmanın müşaviri: Sosial şəbəkələrdə etikaya, əxlaqa zidd paylaşımlar yeniyetmələrin düşüncəsinə mənfi təsir edir

Kuleba və Kemeron Ukraynaya hərbi yardımı müzakirə ediblər

Cənubi Koreya xaricdəki diplomatları üçün terror həyəcanı səviyyəsini yüksəldib

Almaniyanın Bonn şəhərində “COP29 və sonrası - sülh, təhlükəsizlik və iqlim dəyişikliyi” mövzusunda konfrans keçirilib

MDB dövlət informasiya agentliklərinin rəhbərləri Şuşada Qlobal Media Forumunda iştirak etməyə dəvət olunub VİDEO

Əli Hüseynli: Dövlətimiz idman sahəsində gənclərə böyük dəstək verir

İraqın şimalında 32 PKK terrorçusu zərərsizləşdirilib

BƏƏ neft hasilatını artırdığını bəyan edib

Bu il Azərbaycanda narkotiklərlə bağlı aşkarlanmış faktların sayı açıqlanıb

Əlahiddə Ümumqoşun Ordu komandanı İran İslam Respublikasına rəsmi səfər edib

Reymond Bondin: Qarabağ regionunda mədəni nümunələrin dağıdılması bəşəriyyətə qarşı cinayətdir

AQTA-da bioloji aktiv qida məhsulları idxal edən sahibkarlarla görüş keçirilib

Gürcüstan “yaşıl dəhliz” layihəsinə özəl sektoru cəlb etmək istəyir

BP indiyədək “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 4,3 milyard barel neft hasil edib

DİN nümayəndəsi: Narkotik vasitə istifadəçiləri arasında reabilitasiya mərkəzlərinə müraciət edənlərin sayı artıb

Fərid Qayıbov: Avarçəkmənin daha yüksək səviyyədə inkişafı üçün əlimizdən gələni edəcəyik

Atatürk Mərkəzində Akkan Suverin “80 ilin ardından” kitabının təqdimatı olub

Azad olunmuş ərazilərdə tikinti ilə məşğul olan sahibkarlara kredit və subsidiyalarla bağlı güzəştlər edilir

BMU-da kibertəhlükəsizlik laboratoriyası istifadəyə verilib

Sabah havanın dəyişkən buludlu və bəzi yerlərdə yağıntılı olacağı gözlənilir

Dövlət Komissiyası: Narkomaniya ilə mübarizədə medianın rolu çox vacibdir

Nazir Ceyhun Bayramov Qambiyaya işgüzar səfərə yola düşüb

Dövlət Komitəsi rəsmisi: “Uşaq hüquqları” ilə bağlı yeni qanun layihəsi artıq hazırdır, razılaşdırılması prosesi gedir

Rumıniya təmsilçisi: Milli Gimnastika Arenasında idmançılar üçün mükəmməl şərait yaradılıb

“Qarabağ” və “Turan Tovuz” azarkeşlərinə, “Sumqayıt” kənar şəxslərə görə cərimələnib

Şimali Kipr Türk Respublikasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə tədbirlər keçiriləcək

“The Guardian”ın redaktoru: Biz artıq Bakıda keçiriləcək COP29 kimi mühüm tədbirə hazırlaşırıq

Apreldə su hövzələrindən 375 ədəd sintetik tor götürülüb

Azərbaycan Texniki Universitetində Abituriyent Məsləhət Mərkəzi yaradılıb

Azərbaycanda təbii və texnogen mənşəli hadisələrin sayı 11 faiz azalıb

Ukrayna kəşfiyyatı: Döyüş meydanında qələbə mümkünsüzdür

İsrailin Netanya şəhərində Ulu Öndərin doğum gününə həsr olunmuş tədbir təşkil edilib

Amerikalı hüquqşünas: Mədəniyyətlərarası Dialoq Forumu çox dinamik şəkildə keçdi

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda ilk qaliblər müəyyənləşib VİDEO

Bəşir Hacıyev: 2026-cı ilin sonunadək Ağdamın Xıdırlı, Sarıcalı və Kəngərli kəndində ümumilikdə 1200-dən çox evin tikintisi başa çatacaq

Peter Mixalko: Avropa İttifaqı mina təhlükəsi sahəsində də Azərbaycanla əməkdaşlığı diqqətdə saxlayır

Kəlbəcər şəhərinin Baş Planı çərçivəsində görüləcək işlər açıqlanıb

İtaliya rəsmisi: Heç bir italyan əsgəri Makronun uğrunda həlak olmayacaq

Aprel ayı ərzində BŞTİ-yə 5 mindən çox müraciət daxil olub

Müdafiə Nazirliyi: “EFES - 2024” təlimi davam edir

İKZF: Fond tərəfindən sahibkarlara ayrılan zəmanətli kreditlərin həcmi 470 milyon manata çatıb

Vitse-prezident: BP Azərbaycanın neft-qaz sektoruna 85 milyard dollar sərmayə yatırıb

AMEA: Akademik Həsən Əliyevə məxsus sənədlər elmi irs fonduna daxil edilib

Texasın şərqində daşqınlarla əlaqədar təxliyə göstərişi verilib

Forum çərçivəsində Ağdamda “Minaların və partlamamış hərbi sursatların mədəni mülkiyyətə təsiri” mövzusunda xüsusi sessiya işə başlayıb

Bakıda beynəlxalq şahmat festivalı keçiriləcək

Xətai Rayon Prokurorluğunda “Yaşıl dünya üçün hüquqi yeniliklər” adlı tədbir keçirilib

Vüqar Süleymanov: Ərazilərin minalarla çirklənməsi təbiətə də ciddi ziyan vurur

Ötən ay 141 mindən çox vətəndaş xüsusi şərtlərlə pensiya alıb

Bakıda Kukla Festivalının bağlanış mərasimi olub

Gert Jan Koopman: Aİ-yə üzv ölkələr həmrəylik göstərəndə mina sahəsində ortaya yaxşı iş qoya bilirik

Azərbaycan Prezidenti: Polşanın Cənubi Qafqazı əhatə edən mövqeyini yüksək qiymətləndiririk

Sumqayıt teatrı yeni tamaşa hazırlayır

Hindistan aprel ayında Rusiyadan neft idxalını 20 faiz artırıb

Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Andjey Dudaya

Türk Dövlətlərinin Animasiyası-2024 kataloquna daxil edilmək üçün animasiya əsərlərinin qəbuluna başlanılıb

Prezidentin köməkçisi: Mina problemi həm sülh prosesinə mane olur, həm də mədəni irsə ciddi ziyan vurur

Maliyyə naziri Samir Şərifov Tbilisidə bir sıra görüşlər keçirib

Müharibə və müstəmləkəçilik yaşamış sülh şəhəri – Hanoy VİDEO

Muğam Mərkəzində növbəti konsert - ruhumuzun səsi

Hikmət Hacıyev: Minalar keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına mane olur

“Əhmədli” və “Həzi Aslanov” stansiyalarına yaxın ərazilərdə kəsici-deşici alətlərin satışının qarşısı alınıb VİDEO

Bu il ekoloji hüquqpozma faktları üzrə 25 cinayət işi başlanılıb

Latviyalı gimnast: Azərbaycan idmançılarını özümə əsas rəqiblərdən hesab edirəm

Azərbaycan mədəniyyətlərarası dialoqa davamlı töhfələr verən ölkədir - ŞƏRH

Viktor Orban: Avropa liderləri odla oynayırlar

Bakı Forumunun iştirakçıları Xalq rəssamı Sakit Məmmədovun emalatxanasında olublar

Azərbaycan mədəniyyətlərarası dialoqu qlobal miqyasda təşviq edir ŞƏRH

Hicran Hüseynova: Medianın cəmiyyətdə əhəmiyyəti çox böyükdür

Şəhid övladları intellektual oyunda biliklərini sınayıblar