DÜNYA
Sovet xokkeyinin əfsanəsi Viktor Tixonov vəfat edib VİDEO
Bakı, 24 noyabr, AZƏRTAC
Məşhur məşqçi, Sovet xokkeyinin əfsanəsi Viktor Tixonov noyabrın 24-də Moskvada 85 yaşında vəfat edib.
AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, görkəmli məşqçinin vəfatı barədə məlumatı Viktor Tixonovun başçılığı ilə 1977-1989-cu illərdə 13 dəfə dalbadal SSRİ çempionu olmuş ÇSKA xokkey klubunun mətbuat xidməti yayıb.
SSRİ yığma komandası Viktor Tixonovun rəhbərliyi altında üç dəfə Olimpiya və səkkiz dəfə dünya çempionu olub. O, sonradan Rusiya yığma komandasının baş məşqçisi işləyib və bu postu ölkəsinin ilk dəfə medalsız qaldığı 1994-cü il qış Olimpiadasından sonra tərk edib. 2003-cü ildə 73 yaşında yenidən yığmaya qayıdan əfsanəvi məşqçi 2004-cü il dünya çempionatındakı uğursuzluqdan karyerasına birdəfəlik son verib.