Şövkət Ələkbərovanın 90 illik yubileyi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2012-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının xalq artisti, milli ifaçılıq sənətinin görkəmli nümayəndəsi, tanınmış müğənni Şövkət Feyzulla qızı Ələkbərovanın anadan olmasının 90 illiyi tamam olur.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkəmizdə musiqi mədəniyyətinin inkişafı və eləcə də təbliği işinə dəyərli töhfələr vermiş mahir muğam və mahnı ifaçısı Şövkət Ələkbərovanın 90 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi xalq artisti Şövkət Ələkbərovanın 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 sentyabr 2012-ci il.