“SpaceX” daha 46 internet peykini orbitə çıxarıb
Bakı, 11 mart, AZƏRTAC
“SpaceX” kompaniyası “Starlink” peyklərindən ibarət növbəti iki qrupu orbitə çıxararaq yeni rekorda imza atıb.
AZƏRTAC xəbər verir ki, kompaniyanın saytında yerləşdirilən məlumata görə, “Falcon” daşıyıcı raketi hər birində 23 ədəd olmaqla, iki internet peyklər qrupunu beş saat fərqlə kosmosa çıxarılıb.
“SpaceX” indiyədək kosmosa ümumilikdə 6 mindən çox “Starlink” peyki buraxıb ki, onların 5,5 mindən çoxu işlək vəziyyətdədir. Kompaniyanın qlobal layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində istifadəçilər üçün əlçatandır.
Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın minipeyk çıxarmağı hədəfləyir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [14:28]
Yaponiya Asiyada atom elektrik stansiyalarının inşasına dəstək verəcək
- 16.11.2026 [13:19]
COP31: “Yaşıl” və “Mavi” zonalara maraq olduqca böyükdür VİDEO
- 16.11.2026 [13:04]
İndoneziyada Dukono vulkanı püskürüb, kül 300 metr hündürlüyə qalxıb
- 16.11.2026 [12:45]
Cənubi Afrikada silahlı hücum nəticəsində səkkiz nəfər öldürülüb
- 16.11.2026 [12:12]
COP31 çərçivəsində “Feniks quşu” pavilyonu təşkil olunub
- 16.11.2026 [12:10]
Uels şahzadəsi Uilyam və Keyt Middlton Hindistana səfər ediblər
- 16.11.2026 [12:10]