S.R.MƏMMƏDOVANIN “ŞƏRƏF” ORDENİ İLƏ TƏLTİF EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycanda kənd təsərrüfatı elminin inkişafında xidmətlərinə görə Siddiqə Rza qızı Məmmədova “Şərəf” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 mart 2010-cu il.