RƏSMİ SƏNƏDLƏR
SUDAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ÖMƏR HƏSƏN ƏHMƏD ƏL-BƏŞİRƏ
Hörmətli cənab Prezident,
Sudan Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və dost Sudan xalqını səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Sudan arasında möhkəmlənməkdə olan dostluq və əməkdaşlıq əlaqələri daim xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri