Sükut dəqiqəsi
Bakı, 26 fevral (AZƏRTAC). Fevralın 26-da Bakı vaxtı ilə saat 17.00-da Azərbaycanın bütün ərazisində Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Həmin anda paytaxtın küçələrində nəqliyyat vasitələrinin, metroda qatarların hərəkəti dayandırılmışdır.
Xocalı faciəsinin ildönümü ilə əlaqədar xarici ölkələrdə, respublikanın bütün şəhər, rayon və kəndlərində, idarə və müəssisələrində anma mərasimləri keçirilmişdir.
Azərbaycan paytaxtının yüz minlərlə sakini, diplomatik korpusun nümayəndələri fevralın 26-da Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, şəhidlərin xatirəsini ehtiramla anmışlar.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!