SÜKUT DƏQİQƏSİ
Bakı, 20 yanvar (AZƏRTAC). Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilmişdir.
Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar hazırlanmış geniş tədbirlər planına uyğun olaraq, respublikanın bütün şəhər, rayon və kəndlərində, idarə və müəssisələrində anma mərasimləri keçirilmişdir.
Azərbaycan paytaxtının yüz minlərlə sakini, diplomatik korpusun nümayəndələri yanvarın 20-də Şəhidlər xiyabanını ziyarət edərək, qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anmış, məzarları üzərinə şəhidlik rəmzinə çevrilmiş al qərənfillər düzmüşlər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
######
![]() |
![]() |
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]
Qanlı gecədən başlanan və müstəqilliyə gətirib çıxaran yol
Bu saata olan əsas xəbərlər
- [12:01]
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]



