CƏMİYYƏT
Sumqayıt Dövlət Universitetində baş vermiş yanğın qısa müddətdə söndürülmüşdür
Sumqayıt, 7 oktyabr ( AZƏRTAC). Oktyabrın 6-da saat 22.38 - də Sumqayıt Dövlət Universitetində yanğın baş vermişdir.
Bu xəbəri Sumqayıt Şəhər Yanğından Mühafizə İdarəsinin növbəci hissəsində təsdiqləyərək AZƏRTAC-a bildirmişlər ki, yanğın hadisəsi universitetin əsas binasının birinci mərtəbəsində yerləşən oxu zalında olmuşdur.
Yanğın ümumən 120 kvadratmetr ərazini əhatə etmişdir. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə briqadaları cəlb olunmuşlar. Onların səyi nəticəsində alovun binanın digər hissələrinə keçməsinin qarşısı alınmışdır.
Verilən məlumata görə, gecə saat 23.06- da yanğın tamamilə söndürülmüşdür.
Yanğının başvermə səbəbləri araşdırılır.