İQTİSADİYYAT
“Sumqayıt” Elektrik Stansiyası altı ayda 1,5 milyard kilovat-saat elektrik enerjisi istehsal etmişdir
Bakı, 11 iyul (AZƏRTAC). 525 meqavatlıq “Sumqayıt” Elektrik Stansiyası respublikanın enerji potensialının güclənməsində mühüm rol oynayır.
“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, stansiyanın fəaliyyəti dövründə 8,9 milyard kilovat-saat elektrik enerjisi istehsal olunmuşdur. Stansiyanın avtomatik idarə olunma sisteminin müasir rəqəmsal texnologiya əsasında qurulması istismar prosesinin asanlaşdırılmasına və keyfiyyətin artırılmasına xidmət edir.
Müəssisədə cari ilin 6 ayı ərzində nəzərdə tutulmuş bütün tədbirlər vaxtında həyata keçirilmiş, avadanlıqlara vaxtlı-vaxtında texniki xidmət göstərilmişdir.