SUMQAYIT KİNO ŞİRKƏTİNİN DEBÜTÜ
Qubadlı rayonunun nüfuzlu seyidlər ailəsinin nümayəndəsi, ixtisasca hüquqşünas, şair hacı Mirhəsən Hadinin həyat və fəaliyyətinə həsr olunmuş film böyük uğurla nümayiş etdirilmişdir. Filologiya elmləri doktoru, tənqidçi Rəhim Alim, filologiya elmləri namizədi, dramaturq və tənqidçi Firuz Mustafa, yazıçı Famil Süleymanov, ictimaiyyətin nümayəndələri film barədə təəssüratlarını bölüşmüşlər. Yaradana məhəbbət, taleyin hökmü ilə məcburi köçkünə çevrilmiş insanlara şəfqət, onların dərdlərinə şərik olmaq onun yaradıcılığının ana xəttidir.
Müəlliflər 45 dəqiqəlik filmin qəhrəmanını vətənpərvər, humanist, doğma ocaq itkisi ağrısını ürəkdən çəkən bir insan kimi göstərə bilmişlər.
Elə həmin gün şairin “Dünyanın sahibi var” adlı yeni kitabının da təqdimatı olmuşdur. Əməkdar artist Hüriyyə Mürvətova, aşıq Kəmalə və başqaları şairin şeirlərini, əsərlərindən parçaları ifa etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [11:38]
Peşəkar rəssamların etüd əsərləri Xətai Sənət Mərkəzində nümayiş olunacaq
- 05.10.2026 [20:02]
Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub
- 05.10.2026 [19:16]
İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb
- 05.10.2026 [19:10]