Sumqayıtda obyektdə baş verən yanğın söndürülüb
Bakı, 18 dekabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə Sumqayıt şəhəri, 18-ci mikrorayonda obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən birmərtəbəli çayxananın mətbəxində yanğın baş verdiyi müəyyən edilib. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektdə baş vermiş yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı iaşə obyektlərinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 200 kvadratmetr olan birmərtəbəli çayxananın mətbəxinin yanar konstruksiyaları və əşyaları 20 kvadratmetr sahədə yanıb. Çayxananın böyük hissəsi yanğından mühafizə olunub. Hadisə zamanı xəsarət alan olmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 16.11.2026 [11:55]
Aqrar sektorda süni zəka və yeni texnologiyalar məşğulluğu artıracaq
- 16.11.2026 [11:34]
Azad edilmiş ərazilərdə daha 1459,5 hektar sahə minalardan təmizlənib
- 16.11.2026 [11:22]
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib VİDEO
- 16.11.2026 [11:13]
Baş prokuror Kamran Əliyev Argentinanın ədliyyə naziri ilə görüşüb
- 16.11.2026 [11:05]
Nazir müavini: Bu ilin 10 ayında 164 mindən çox şəxs işlə təmin edilib VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
İran XİN: ABŞ-nin Tehranın tələblərinə cavabları praktik deyil
- 15.11.2026 [23:41]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 15.11.2026 [21:53]
İndoneziyada tufanlar nəticəsində 500-ə yaxın bina zərər görüb
- 15.11.2026 [21:21]