REGİONLAR
Sumqayıtlı balacaların bayram sevinci
Sumqayıt, 8 noyabr, AZƏRTAC
Sumqayıtda şəhər Mədəniyyət Evində 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə keçirilən tədbirdə şəhərin məktəbəqədər təhsil müəssisələrinin fidanları iştirak ediblər.
Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbirdə ölkəmizdə bayraq gününün yaranması və mahiyyəti haqqında məlumat verib.
Daha sonra Mədəniyyət Evinin solistləri musiqi nömrələri ilə çıxış edib, bədii qiraət dərnəyi üzvlərinin ifasında bayrağa həsr olunmuş şeirlər səsləndirilib.
Balaca tamaşaçıların səhnədə rəqsləri tədbiri daha da rövnəqləndirib.
Tədbir Şəhər Mədəniyyət Evində yeni yaradılmış "Narbala” kukla teatrının "Dovşanın evi” tamaşasının nümayişi ilə davam edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:39]
Naxçıvan ASAN Vəkil Bürosu açılıb
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]