DÜNYA
Suriyada son bir gün ərzində gedən döyüşlərdə həlak olanların sayı 180 nəfərə çatmışdır
Bakı, 2 aprel (AZƏRTAC). Suriyada son bir gün ərzində ölkədə gedən döyüşlərdə həlak olanların sayı 180 nəfərə çatmışdır. Təkcə Dəməşq və ona yaxın ərazilərdə baş verən qarşıdurmalarda 105 nəfər həyatını itirmişdir. Paytaxtın tibb mərkəzlərində yaralıları müalicə etmək üçün ciddi həkim çatışmazlığı yaranmışdır. Hələb şəhərində üsyançılar aylardır mühasirədə saxlanılan beynəlxalq aeroportu ələ keçirmək üçün hücumları daha da intensivləşdiriblər. Qanitra şəhərində isə daha bir hərbi hissə müxaliflərin nəzarətinə keçmişdir.
“SANA” rəsmi informasiya agentliyinin xəbərinə görə, müxalifət silahlıları Deyr Azurda 3 neft quyusunu yandırmışlar.
Bu arada, hakimiyyətə yaxınlığı ilə tanınan iş adamı Fəhim Saqr ölkə ərazisində “Əl-Cəzirə” və “Əl-Ərəbiyyə” telekanallarının hər hansı bir müxbirini yaxalayan şəxsə 100 min dollar mükafat verəcəyini açıqlamışdır. İş adamı bu telekanalları Suriya xalqını və ərəb dünyasını yanlış məlumatlandırmaqda ittiham etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:08]
AİB Asiya ölkələrinin əhalisi haqqında hesabat hazırlayıb
- 07.05.2024 [19:15]
Şahzadə Harri Londona qayıdıb
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]