TACİKİSTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB EMOMƏLİ RƏHMONOVA
Hörmətli Emoməli Şəripoviç,
Dəşt qışlağında təbii fəlakət nəticəsində insan tələfatı və dağıntılar olması barədə xəbər məni dərindən kədərləndirdi.
Sizə, həlak olanların qohumlarına və yaxın adamlarına dərin hüznlə başsağlığı verirəm.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 avqust 2002-ci il.