DÜNYA
Tacikistanda terrorçuların hücumu nəticəsində səkkiz hərbiçi və polis əməkdaşı həlak olub
Düşənbə, 5 sentyabr, AZƏRTAC
Tacikistanın Daxili İşlər Nazirliyi mətbuat xidmətinin yaydığı məlumata görə, ötən gün bir qrup terrorçu Tacikistan Müdafiə Nazirliyinin mərkəzi aparatına və Vaxdat şəhər polis şöbəsinə hücum edib. Həm Düşənbə, həm də Vaxdat şəhərində atışma nəticəsində ümumilikdə səkkiz hərbiçi və polis əməkdaşı həlak olub.
Cinayətkarların bir neçəsi məhv edilib, bəziləri saxlanılıb, digərlərinin tutulması istiqamətində iş aparılır. Hüquq mühafizə orqanları Vaxdad şəhərində və Düşənbədə gücləndirilmiş iş rejiminə keçib. Hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılır.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [17:15]
Alimlər beyində yeni yaddaş mexanizmi aşkar ediblər
- 08.05.2024 [16:41]
“TikTok” ABŞ hökumətini məhkəməyə verib
- 08.05.2024 [16:27]
Aprel ayında Ukraynaya beynəlxalq yardım beş dəfə azalıb
- 08.05.2024 [14:57]
Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib
- 08.05.2024 [14:35]
BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur
- 08.05.2024 [14:12]
BMT-də süni intellektin inkişaf proseslərində rolu müzakirə edilib
- 08.05.2024 [13:35]