ELM VƏ TƏHSİL
Tam orta təhsil bazasında kolleclərə ixtisas seçimi sentyabrın 2-dən başlanacaq
Bakı, 30 avqust, AZƏRTAC
2022-2023-cü tədris ili üzrə tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi sentyabrın 2-dən 7-dək aparılacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Dövlət İmtahan Mərkəzinin (DİM) teleqram kanalında yer alıb.
Xatirladaq ki, DİM “Abituriyent” jurnalının 5-ci nömrəsini və “Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2021-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları”nı nəşr edib.
“Abituriyent” jurnalının 5-ci nömrəsində 2022/2023-cü tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə tam orta (11 illik) təhsil bazasında tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulması qaydası, qəbul aparılan ixtisaslar və digər zəruri materiallar Azərbaycan və rus dillərində təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:05]
Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir
- 07.05.2024 [19:47]
“Yay məktəbi”nə ərizə qəbulu başlayır
- 07.05.2024 [19:07]