MƏDƏNİYYƏT
Tanınmış amerikalı rejissorun “YARAT”da seminarı təşkil olunub
Bakı, 10 fevral, Flora Şükürova, AZƏRTAC
Fevralın 10-da “YARAT” Müasir İncəsənət Mərkəzində tanınmış amerikalı rejissor və prodüser xanım Liza Limanın rəhbərliyi ilə kinematoqrafiyaya həsr olunmuş seminar təşkil olunub.
AZƏRTAC xəbər verir ki, “YARAT Freestyle” layihəsi çərçivəsində baş tutan seminar ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilatçılığı və dəstəyi ilə gerçəkləşib.
Kinematoqrafiya sahəsində çalışan bütün peşəkar və həvəskar kadrların iştirak etdiyi seminar çərçivəsində quruluş və nəqletmə, filmin konseptuallaşdırılması və filmin istehsalını planlamaq, maliyyə dəstəyi və nümayiş imkanları kimi mövzularda məruzələr dinlənilib.
Azərbaycan dilinə sinxron tərcümə ilə aparılan seminarda maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:33]
“Ölüm axtaran qadın” film layihəsi Polşa Kino İnstitutunun dəstəyini qazanıb
- 07.05.2024 [16:38]
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş konsert
- 07.05.2024 [16:37]