Azərbaycan Dövlət İnformasiya Agentliyi

TAP: Yunanıstan və Albaniya marşrutunda boruların 85 faizi torpağa basdırılıb

Bakı, 4 iyul, Nihad Budaqov, AZƏRTAC

Azərbaycan təbii qazını Avropaya daşıyacaq “Trans-Adriatik” (TAP) boru kəmərinin Yunanıstan və Albaniya marşrutunda boruların 85 faizi torpağa basdırılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, TAP-ın 765 kilometrlik Yunanıstan və Albaniya hissəsinin 650 kilometrində borular xəndəyə endirilib.

Qeyd edək ki, TAP-ın təməli 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində qoyulub. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəmərinin və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. TAP Avropa İttifaqı üçün prioritet enerji layihələrindən olan Cənub Qaz Dəhlizinin bir seqmentini təşkil edir. TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla ümumilikdə 74,6 faizi icra edilib.

TAP layihəsi üzrə kapital xərcləri 4,5 milyard avrodur və may ayının sonuna bu layihəyə 3 milyard avro sərf olunub. Cənub Qaz Dəhlizinə daxil olan layihələrdə “Cənub Qaz Dəhlizi” QSC-nin mülkiyyətində olan iştirak paylarının maliyyələşdirilməsinə qoyulan 9,1 milyard dollar vəsaitin isə 0,7 milyard dollardan çoxu TAP layihəsinə xərclənib. 2020-ci ilədək layihə üzrə Azərbaycan şirkətlərinin xərclərinin 1,2 milyard dollar olması gözlənilir.

Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən - Yunanıstan, Albaniya və İtaliyadan keçir. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir. Layihənin ümumi dəyəri 4,5 milyard avro qiymətləndirilir. Buraya 2009-cu ildən bəri davam edən dizayn və mühəndislik işləri də daxil edilib. “Şahdəniz” konsorsiumu ilk qaz satışını 2018-ci ildə Türkiyə və Gürcüstana həyata keçirəcək. Avropaya ilk qazın verilməsi isə 2020-ci ilə planlaşdırılır.

TAP boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Boru kəməri buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP burada “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Bu layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.

Boru kəmərinin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olan ilkin layihəsi üzrə biri Kipoidə (Yunanıstan), digəri isə Fierdə (Albaniya) olmaqla ümumilikdə 2 kompressor stansiyasının inşasına 2017-ci ilin birinci yarısında başlanılıb və işlər qrafik üzrə davam etdirilir. Kompressor stansiyaları ilə yanaşı, həmçinin Albaniyanın şərqində Bilisht regionunun yaxınlığında ölçmə stansiyasının tikintisi aparılır. Kompressor və ölçmə stansiyalarının tikintisi təxminən iki il müddətində başa çatdırılacaq. Bundan sonra isə ilkin istismara hazırlıq və tam istismara verilmə üzrə yoxlamalar keçiriləcək. Təxminən 6 ay müddətində aparılacaq bu əhatəli yoxlamalar yeni qurğuların tam işlək, eləcə də təbii qazın nəqli üçün təhlükəsiz və hazır olub-olmadığını göstərəcək. TAP qaz boru kəməri üçün lazım olan turbo kompressorlar isə “Siemens” şirkəti tərəfindən istehsal edilib.

Kəmərin Adriatik dənizindən keçəcək 105 kilometrlik hissəsinin tikintisini həyata keçirəcək İtaliyanın “Saipem S.p.A” şirkəti hazırda mikrotunel sahəsində çalışır. Burada müvəqqəti yol və sahə hazırlığı tamamlanıb. TAP-ın podratçısı hazırda mikrotunelin tikintisini həyata keçirmək üçün çuxurun qazılması işlərini görür. Boru kəmərinin Adriatik dənizindən keçəcək 36 düymlük hissəsi Albaniya və İtaliyanın cənub sahili arasında dəniz səviyyəsindən təxminən 820 metr dərinliyindən keçəcək. “Saipem S.p.A” şirkəti mikrotunel daxil olmaqla, Albaniya və İtaliyada tikinti işlərini, dəniz boru kəmərinin quraşdırılmasını, fiber-optik kabel təchizatını və quraşdırılmasını həyata keçirəcək. İzolyasiya edilmiş 36 düymlük borular və digər qurğular isə TAP tərəfindən təmin olunacaq. TAP-ın Adriatik dənizindən keçəcək hissəsinin inşası 2019-cu ildə başa çatdırılacaq.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şuşada “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda beynəlxalq konfrans keçirilib

Pakistan İranla sərhəd-keçid məntəqələrini bağlayıb

Şəhid övladları üçün 4-cü "YAŞAT" düşərgəsi başlayıb

Ukraynaya həlak olmuş daha 1245 hərbçinin meyiti qaytarılıb

Parisdə “Gizli ölüm toxumları” kitabının təqdimatı olub

SOCAR “SportFest” tədbirində tərəfdaş qismində iştirak edir

AEBA İran-İsrail qarşıdurmasında tərəfləri təmkin nümayiş etdirməyə çağırıb

Qazaxıstanın hakim partiyasının saytında ölkə nümayəndə heyətinin Şuşa konfransında iştirakı barədə informasiya yerləşdirilib

"Latsio" Pedro ilə yeni müqavilə imzalayıb

Elçin Məsiyev Portuqaliya millisinin oyununa təyinat alıb

Marneulidə “Narkomaniyaya yox deyirik” adlı aksiya keçirilib

AZAL bir sıra aviareysləri ləğv edib

Azərbaycanın xarici işlər naziri özbəkistanlı həmkarı ilə bölgədə yaranmış vəziyyəti müzakirə edib

Bir qrup Tacikistan vətəndaşı İrandan təxliyə olunub VİDEO

Bir qrup Tacikistan vətəndaşı İrandan təxliyə olunub VİDEO

Ankara liseylərinin şagirdlərinə TDT-nin fəaliyyət prinsipləri barədə məlumat verilir

Azərbaycan Astanada MDB ölkələri DİN nümayəndələrinin iclasında iştirak edib

ÇXR Sədri Si Cinpin Qazaxıstana səfərə gəlib

Rəsmi Astana: Qazaxıstan vətəndaşları Azərbaycan və Türkmənistan vasitəsilə İranı tərk ediblər

Türkiyənin 18 vilayətində antiterror əməliyyatı keçirilib

Bonn İqlim Sammitinin sessiyalarında Bakıda razılaşdırılmış maliyyə paketinin necə icra olunacağı müzakirə ediləcək

Möminə xatun türbəsinin bərpa və konservasiyasının aparılması ilə bağlı müqavilə imzalanıb VİDEO

Möminə xatun türbəsinin bərpa və konservasiyasının aparılması ilə bağlı müqavilə imzalanıb VİDEO

Lənkəranda polisdən əməliyyat - 18 kiloqram narkotik vasitə aşkarlandı VİDEO

Lənkəranda polisdən əməliyyat - 18 kiloqram narkotik vasitə aşkarlandı VİDEO

İran-İsrail qarşıdurması və dünya bazarında neftin qiyməti-TƏHLİL

İsmayıllıda həyətində çətənə kolu yetişdirən şəxs tutulub

İrandan 41 Azərbaycan vətəndaşı təxliyə olunub, səfirlik və konsulluq fəaliyyətini davam etdirir

FİDE reytinqinin ikincisini məğlub edən Azərbaycan şahmatçısı: Ümid edirəm ki, karyeramda belə qələbələr davamlı olar

Ukraynalı alim: Heydər Əliyevin gəlişi ilə Azərbaycan postimperial siyasi boşluqdan aydın edilmiş vəzifələrə inamlı çıxdı

Ciorcia Meloni Almaniya Kansleri və britaniyalı həmkarı ilə görüşüb

Alimlər Avropada güclü meşə yanğınları təhlükəsi fonunda yeni strategiya təklif edirlər

Bakı şəhəri və Abşeron yarımadasının bəzi ərazilərində su təchizatında müvəqqəti fasilə yaranacaq

Azərbaycanın daha bir cüdoçusu dünya çempionatında mübarizəyə başlayır

ABŞ Cənubi Çin dənizindəki təyyarədaşıyanı Yaxın Şərq sularına göndərib

Parisdə “İRS” Nəşriyyat Evinin kitablarının təqdimatı keçirilib VİDEO

Parisdə “İRS” Nəşriyyat Evinin kitablarının təqdimatı keçirilib VİDEO

Tomas Müller "Bavariya"nın tarixində ən çox qol vuran üçüncü futbolçudur

Xəzər dənizində zəlzələ qeydə alınıb

Cinayət törətməkdə şübhəli bilinən 96 nəfər saxlanılıb

Si Cinpin Qazaxıstana səfərə yola düşüb

Hidrometeorologiya Xidməti: Qeyri-sabit hava şəraiti iyunun 18-i gündüzədək davam edəcək

Hidrometeorologiya Xidməti: Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 17 sm artıb

Azərbaycan Bonnda keçirilən İyun İqlim Sammiti - SB62-də COP29 rəhbərliyi ilə təmsil olunur VİDEO

Azərbaycan Bonnda keçirilən İyun İqlim Sammiti - SB62-də COP29 rəhbərliyi ilə təmsil olunur VİDEO

Türkiyədə avtomobil aşıb, üç nəfər ölüb

Peruda zəlzələ baş verib, ölən var

Alimlər beyin təsvirində inqilabi imkanların əsasını qoyublar - ARAŞDIRMA

Münster şəhərində Milli Qurtuluş Gününə həsr olunmuş dərs keçirilib

Gənc azərbaycanlı qız Almaniyada şahmat üzrə çempion olub

İzmirdə yanğın olub, xəstəxanadakılar təxliyə edilib

Rusiyanın Böyük Simfonik Orkestrinin növbəti qrupu İrandan Azərbaycana təxliyə olunub

Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Günü münasibətilə konsert olub

İran - İsrail gərginliyi: qarşılıqlı raket atışları bu gecə də davam edib

Riyad Məmmədov Moskva Caz Festivalında çıxış edib

Bu ilin məzunları sırasında uşaq evi sosial xidmət müəssisələrinin bir qrup sakini də var

Rusiya vətəndaşlarının İrandan təxliyəsi mərhələli şəkildə həyata keçirilir

Azərbaycanın sərbəst güləşçiləri Avropa çempionatını 6 medalla başa vurublar

Böyük Britaniya Yaxın Şərqə hərbi təyyarələr yerləşdirir

“Bavariya” klublararası dünya çempionatına darmadağınla başlayıb

Almaniyada ilk dəfə Milli Veteranlar Günü qeyd olunub

Ukraynaya daha 1200 nəfər həlak olmuş vətəndaşın cənazəsi qaytarılıb

Kahramanmaraşda “Dəmir Yumruq” abidəsinin ucaldılması planlaşdırılır

Bəzi yerlərdə leysan, yüksək dağlıq ərazilərdə sulu qar yağacaq - XƏBƏRDARLIQ

Fahrettin Altun: Azərbaycanın Milli Qurtuluş Gününü və Şuşa Bəyannaməsinin dördüncü ildönümünü ən səmimi duyğularımla təbrik edirəm

AZAL Türkiyənin Çukurova Beynəlxalq Hava Limanına ilk reysini həyata keçirib

Gəncənin MDB-nin idman paytaxtı seçilməsi ilə bağlı sertifikat şəhər rəhbərliyinə təqdim edilib

Bakıda klassik avtomobillərin yürüşü və çövkən yarışı keçiriləcək

Bolqarıstandan olan deputat: Şuşada olmaqdan böyük şərəf duyuram

Rəcəb Tayyib Ərdoğan Azərbaycanı təbrik edib

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə silsilə tədbirlər keçirilib

Cennaro Qattuzo İtaliya millisinin baş məşqçisi olub

İranda 2 nəfər casus ələ keçirilib

Xalq artisti Amaliya Pənahovanın məzarı ziyarət edilib

Roma Papası dünyada sülh üçün çağırış edib

Şamil Ayrım: Yeni dünya nizamının qurulduğu bir vaxtda Azərbaycan diplomatik, hərbi qələbələrə imza atıb

Bakıda akrobatika gimnastikası üzrə Dünya Kubokuna yekun vurulub

Vasili Berezutski “Sabah” klubundan ayrılmasının səbəbini açıqlayıb

Qırğızıstanın İrandakı səfirliyinin daha bir neçə əməkdaşı Azərbaycan ərazisinə daxil olub

İran İsrailə 50 ballistik raket atıb

Andrey Buqrov: Dünyanın hərtərəfli etimada, ədalətə ehtiyacı var

Sabirabadda klinikada baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakıda keçiriləcək UFC turnirinin əsas döyüşünün digər iştirakçısı da Azərbaycana gəlib

Naxçıvanda mikroavtobus aşıb, 4 nəfər xəsarət alıb

İran hökumət nümayəndəsi: Biz heç vaxt müharibə istəməmişik

Lu Mey: Dünya yeni bir qeyri-sabitlik və transformasiya mərhələsinə daxil olub

Şıx çimərliyində iki nəfər batıb YENİLƏNİB

Uşaq evi sosial xidmət muəssisəsinin bir qrup sakini üçün ekskursiya təşkil edilib

Bahar Muradova: Ədalət ümumbəşəri dəyərdir və o, coğrafiyaya, məqsədlərə, maraqlara görə dəyişməməlidir

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Bahar Muradova: Bizim ortaq bir amalımız var - ədalətli, sabit və dəyərlərə əsaslanan dünya nizamı

Qida sahəsində fəaliyyət göstərən sahibkarların müraciətləri dinləniləcək

Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişindaşımaya başlanılıb FOTO VİDEO

Qazaxa ilk dəfə sürətli qatarlarla sərnişindaşımaya başlanılıb FOTO VİDEO

Türkiyə və Rusiyanın XİN başçıları bölgədəki son hadisələri müzakirə ediblər

Əli Əhmədov: Yeni dünya nizamının meydana gəlməsi reallıqdır

Azərbaycan Pekin beynəlxalq kitab sərgisində təmsil olunacaq

Texnoloji, siyasi və hərbi transformasiyalar dünya tarixinin yeni bir mərhələsinin başladığından xəbər verir

BSU-nun Elmi şurasının iclası universitetin yenidən təşkilinə həsr edilib

Tbilisidən Təl-Əviv, Əbu-Dabi, Şarja, Ərbil, Dehli və Dubaya uçuşlar ləğv edilib

Biləsuvarda baş verən ağır yol qəzasında iki nəfər ölüb

Xarkov şəhərində Milli Qurtuluş Günü qeyd edilib

Daulet Kəribek: Əsas məqsədlərimizdən biri türk dövlətləri arasında dialoqun inkişaf etdirilməsidir

Türkiyə XİN: Azərbaycanla birliyimiz əbədi davam edəcək

Aktam Xaitov: Qarabağda çox böyük quruculuq işlərinin aparıldığına şahid oldum

Unal Üstel: Qarabağ Zəfərində Azərbaycan xalqının yaşadığı qüruru biz də öz qəlbimizdə hiss etdik