ELM VƏ TƏHSİL
Tarix Muzeyində Bakı xanlığının bayrağı qorunur
Bakı, 8 may, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin Silahlar və bayraqlar fondunda mühafizə olunan qiymətli eksponatlar arasında Bakı xanlığının bayrağı və qala qapılarının gümüş açarları vardır.
Muzeydən AZƏRTAC-a bildirilib ki, XVIII əsrə məxsus bayrağın 220 x 122 santimetr ölçüdə olan dördkünc qumaşı açıq moruğu və açıq yaşıl xara parçalardan tikilib, üstü müxtəlif ölçülü və formalı ornament və yazılarla bəzədilib. Rəngarəng ipək saplardan istifadə etməklə, tikmə üsulu ilə naxışlanmış bayraq qumaşının üstündə artıq solmuş güləbətin saplarının da izləri qalıb. Bayrağın üstündəki aypara təsvirlərinin içində tikmə üsulu ilə tünd moruğu saplarla ərəb dilində Quran ayələri və ifadələri nəqş olunub. Bayrağın astar hissəsinə onun üzlüyündə toxunmuş bütün naxışların tərsi düşüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:05]
Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir
- 07.05.2024 [19:47]
“Yay məktəbi”nə ərizə qəbulu başlayır
- 07.05.2024 [19:07]