TARİXİMİZİN UNUDULMAZ SƏHİFƏSİ
Bakı, 26 fevral (AZƏRTAC). Fevralın 26-da Mədəniyyət və Turizm Nazirliyinin Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Xocalı faciəsinin 18-ci ildönümünə həsr olunmuş “Tariximizin unudulmaz səhifəsi” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Xocalı faciəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Muzeyin əməkdaşı Aygün Abbasova, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Yaqub Hüseynov və başqaları tariximizə qanla yazılmış bu faciə haqqında ətraflı məlumat vermişlər.
Bildirilmişdir ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə və insanlığa qarşı törədilmiş ağır cinayətdir. Xocalıda kütləvi insan qırğını ilə nəticələnən bu faciədə Azərbaycanın qədim abidələri, mədəniyyət ocaqları da ermənilər tərəfindən talan edilmişdir.
Sonra tədbirdə iştirak edən şagirdlər faciə qurbanlarına həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]
Azərbaycan ədəbiyyatı və publisistikasında Xocalı soyqırımı mövzusu
Bu saata olan əsas xəbərlər
- [12:00]
Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib
- 09.08.2026 [22:39]
Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib
- 09.08.2026 [22:27]
Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar
- 09.08.2026 [22:00]
Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır
- 09.08.2026 [21:55]