ELM VƏ TƏHSİL
Tatar ədəbiyyatı nümunələri Mərkəzi Elmi Kitabxanaya hədiyyə edilib
Bakı, 21 iyul, AZƏRTAC
Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı, şair-publisist Əkbər Qoşalı AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) tanınmış tatar şair və yazıçılarının əsərlərini hədiyyə edib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, nəşrlər arasında tatar siyasətçi Fatih Sibaqatullinin “Kakoy boq pravilnıy?”, “Ot Atillı do prezidenta” və başqa əsərləri, yazıçı-fantast Adler Timerqalinin ikicildliyi, Tatarıstan Xalq şairi, publisist, ictimai xadim və tərcüməçi Abdulla Tukay haqqında “Qabdulla Tukay: ensiklopediya” yer alır.
Təqdim olunan kitablarda tatar xalqının tarixi keçmişi, mədəniyyəti, adət-ənənələri, mətbəxi haqqında qiymətli məlumatlar öz əksini tapır. MEK-in fondlarında saxlanılan bu nəşrlər tatar mədəni irsini araşdıran alim, mütəxəssis və tələbələrə faydalı olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [20:05]
Peşə təmayüllü siniflərə şagird qəbulu elan edilir
- 07.05.2024 [19:47]
“Yay məktəbi”nə ərizə qəbulu başlayır
- 07.05.2024 [19:07]