Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tatyana Xrulyova: Təsadüfi deyil ki, Bakını Qafqazın Parisi adlandırırlar

Tatyana Xrulyova: Təsadüfi deyil ki, Bakını Qafqazın Parisi adlandırırlar Moskva, 12 noyabr, AZƏRTAC

“Rosbalt” informasiya agentliyinin saytında Tatyana Xrulyovanın Azərbaycana həsr etdiyi “Qonşulara tez-tez qonaq getmək lazımdır” sərlövhəli məqaləsi yerləşdirilib. AZƏRTAC həmin məqaləni qısa ixtisarla təqdim edir.

“İldə azı bir dəfə doğma şəhərin hüdudlarından kənara getməyə adət etmiş rusiyalılar tez-tez deyirlər ki, onlar Avropa ölkələrinin çoxunu və ya ekzotik ölkələri Rusiyadan daha yaxşı tanıyırlar. İndi “yaxın xaric” deyilən ölkələr haqqında isə, demək olar ki, heç nə bilmirik, hərçənd yaxın vaxtlara qədər Rusiya onlarla eyni dövlətin tərkibində idi.

Əvvəl planlaşdırdığımdan fərqli olaraq, məzuniyyətimi Çexiyada və Avstriyada deyil, Azərbaycanda keçirməyi qərara alanda dost və tanışlarımın çoxu mənim bu seçimimə ən azı heyrətləndi. Lakin sən demə, Azərbaycan o qədər gözəl və maraqlı ölkədir ki, onunla tanış olmaq üçün oraya bir dəfə getməklə kifayətlənmək çox çətindir.

Heç şübhəsiz, hər bir turisti Azərbaycana cəlb edən cazibə mərkəzi Bakıdır. Burada, necə deyərlər, hər kəsin zövqünə uyğun görməli yerlər var. Bu, ilk növbədə İçərişəhərə - qala divarları ilə əhatə olunmuş qədim şəhərə aiddir. İçərişəhərdə təxminən 1300 ailə yaşayır. Onun ərazisində onlarca tarixi abidə yerləşir. Bu abidələrin ən məşhurları Şirvanşahlar sarayı və Qız Qalasıdır.

Qız Qalası bu şəhərin ən məşhur rəmzlərindən biri hesab edilir. Yeri gəlmişkən, arxeoloqların bu qalanın yaşı barədə mübahisələri hələ də davam edir. Lakin bir fakt dəqiq məlumdur ki, Qız Qalası XII əsrdən gec olmayaraq ucaldılıb. Qalanın adı barədə çoxlu rəvayətlər var. Bir qayda olaraq bütün rəvayətlərin sonu eynidir: Şahın qızı sevmədiyi şəxsə ərə getməkdən imtina edir və özünü qüllənin zirvəsindən atır. Başqa bir fərziyyəyə görə “Qız Qalası” adı onunla bağlıdır ki, düşmən heç vaxt bu qalanı tuta bilməyib və o, bakirə qız kimi toxunulmaz qalıb.

Yeri gəlmişkən, İçərişəhər məşhur “Brilyant əl” kinosuna tamaşa etmiş hər kəsə tanışdır. “Təzadlar şəhəri”, o cümlədən aptek və “lənətə gələsən” parolu ilə bağlı məşhur epizod məhz İçərişəhərdə çəkilib. “Tehran-43”, “Amfibiya-adam”, “Aybolit-66”, “Qorxma, mən səninləyəm” və bir sıra başqa filmlərdə də bu qədim şəhərin ensiz küçələrini görmək olar.

İçərişəhər tarixi irsi qoruyub saxlamaq və dəstəkləmək nümunəsidirsə, qala divarlarından kənarda yerləşən müasir Bakı əsl tikinti bumu dövrünü yaşayan məkandır. Əvvələn qədim binaların, o cümlədən sovet dövründə tikilmiş binaların fasadlarının abadlaşdırılması üzrə çox böyük iş aparılır. Şəhərin mərkəzindəki evlərin demək olar ki, hamısına əhəngdaşından üzlük çəkilib. Bu memarlıq həllinin tətbiqi nəticəsində şəhərin xarici görkəmi birmənalı olaraq yaxşılaşıb. Həmin proqram tədricən mərkəzdən kənardakı yaşayış massivlərini də əhatə edəcək.

İkincisi, son illərdə Bakıda çoxsaylı ultramüasir binalar və göydələnlər inşa edilib. Birləşmiş Ərəb Əmirliklərində olmuş tanışlarım deyirlər ki, tikinti işlərinin miqyasına görə Bakını yalnız Dubayla müqayisə etmək olar. Məsələn, 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsinin keçirildiyi Bakı Kristal sarayı və layihəsində düz xətlərdən demək olar ki, istifadə edilməmiş Heydər Əliyev Mərkəzi müasir Bakının rəmzlərinə çevrilib. Versiyalardan birinə görə, Heydər Əliyev Mərkəzinin memarlıq əsasını Azərbaycanın Ümummilli Liderinin imzası təşkil edir.

Təbii ki, Alov qüllələri adlanan üç bina xüsusi diqqətə layiqdir. Bu gün Bakıda ən uca binalar olan bu üç bina zahiri görkəminə görə alovun dillərini xatırladır. Tikintisi yalnız 2012-ci ildə başa çatdığına baxmayaraq, bu binalar Bakının rəmzi statusunu Qız Qalasının əlindən alıb. Bu göydələnlər gecə vaxtı daha möhtəşəm görünür. Səbəb odur ki, həmin binaların fasadlarındakı işıq-diod ekranlarında Azərbaycan bayrağının rəngləri və od təsvirləri bir-birini əvəz edir.

Bakı günün qaranlıq vaxtında daha yaxşı təsir bağışlayır. Günəş qürub edəndə şəhər sanki yanmağa və işıqlanmağa başlayır: evlər, fəvvarələr, bulvarlar, xiyabanlar, dövlət bayraqları - hamısı işıqlandırılır.

Azərbaycanın paytaxtı daim dəyişir. Cəmi üç il bundan əvvəl burada olanlar deyirlər ki, hətta bu qısa müddətdə Bakı çox dəyişib. Bu gün ən sanballı layihə “Ağ şəhər” layihəsidir. Həmin layihəyə görə, Bakının mərkəzindən şərqdə yerləşən, əvvəllər “Qara şəhər” adı ilə məşhur olan sənaye rayonunun yenidən qurulması və inkişaf etdirilməsi nəzərdə tutulur. Yerli sakinlərin və şəhərin qonaqlarının sevimli gəzinti yeri olan Bakı dənizkənarı bulvarında tikinti işləri başa çatandan sonra bulvarın uzunluğu 25 kilometrə çatacaq və o, dünyada ən uzun bulvar olacaq (hazırda onun uzunluğu “cəmi” 5,5 kilometrdir). İcrasına yaxın vaxtlarda başlanacaq daha bir möhtəşəm layihə dünyada ən uca bina tikintisi olacaq (bu binanın hündürlüyü 1000 metrdən artıq olacaq).

Bakıda cinayətkarlığın aşağı səviyyədə olması diqqətəlayiq faktdır. Mən aeroportdan şəhərə gedərkən taksi sürücüsü dedi: “Şəhərimiz çox təhlükəsizdir, axşamlar rahatca gəzə bilərsiniz, heç nədən qorxmayın”. Əvvəlcə mən bu sözlərə bir qədər şübhə ilə yanaşdım. Lakin bir neçə saatdan sonra bu şübhədən əsər-əlamət qalmadı. Bunu statistik rəqəmlər də təsdiq edir: 2013-cü ildə Bakı sakinlərinin hər 1000 nəfərinə düşən cinayətlərin sayı orta hesabla 4,5-ə bərabər olub. Bu, MDB məkanında ən aşağı göstəricidir. Əlbəttə, insan hər yerdə və həmişə macəra ilə üzləşə bilər. Lakin cəsarətlə deyə bilərəm ki, Bakıda macəra tapmaq üçün Moskva, Nyu-York, Roma, Şanxay və dünyanın digər turizm mərkəzlərində olduğundan bir qədər çox vaxt sərf etmək lazım gələcək.

Bakı turistlər üçün çox rahat şəhərdir. Burada turizm infrastrukturu çox yaxşı inkişaf edib. Lakin rusdilli gəlmələr burada özlərini xüsusilə rahat hiss edir. Azərbaycanda rus dilinin vəziyyəti əladır, azərbaycanlılar gündəlik ünsiyyətdə bu dildən gen-bol istifadə edirlər. Yalnız Azərbaycanın müstəqil dövlət kimi təşəkkül etdiyi, Azərbaycan dilinin inkişafının böyük əhəmiyyət kəsb etdiyi dövrdə boya-başa çatmış, indi 20-30 yaşlarında olan gənclərin bəziləri (heç də hamısı yox) istisna təşkil edir. Bu gün isə Bakıda valideynlərin öz uşaqları ilə rus dilində danışmalarını tez-tez eşitmək olar. Üstəlik, uşaq bağçalarında və məktəblərdə övladlarını məhz “rus sektoruna” yazdırmaq üçün müsabiqə var.

Bakı əsl Avropa şəhəridir. Təsadüfi deyil ki, onu Qafqazın Parisi adlandırırlar. Yeri gəlmişkən, Bakı bu titulu hələ XX əsrin əvvəlində qazanıb.

“Yerli ekzotika” ilə tanış olmaq üçün paytaxtdan kənara getmək lazımdır. Azərbaycanda 9 iqlim zonası var. Təbiət çox sürətlə, bəzən qəflətən dəyişir. Bakıdan hansı istiqamətdə yola düşsən, çox maraqlı məqamlarla üzləşəcəksən.

Azərbaycanda görməli yerlər çoxdur: Qədim qayaüstü rəsmləri olan Qobustan arxeoloji qoruğu, gözəlliyi ilə heyrət doğuran qədim Gəncə şəhəri, parlaq alov dillərinin daşlardan özünə yol açdığı Yanardağ, Qəbələnin yaxınlığındakı “Yeddi gözəl” şəlaləsi - belə nümunələri çox saymaq olar.

Xəzər dənizi barədə ayrıca söhbət açmağa dəyər. Bakı iri sənaye və neft mərkəzidir. Bu səbəbdən, şəhərin özündə çimərliklər demək olar ki, yoxdur və əgər çimərlikdə bir neçə gün keçirmək istəsəniz, həmin günlərdə şəhər ətrafındakı otellərdə qalmağınız məsləhətdir. Çimərlik mövsümü təxminən mayın 15-də başlanır və sentyabrın 15-nə qədər davam edir. Rusiyadan gələn bəzi turistlər isə yəqin ki, xüsusən küləksiz havalarda, oktyabrın əvvəlində də dəniz suyunu yetərincə isti hesab edərlər.

Azərbaycana bir dəfə getməklə orada diqqətə layiq olan yerlərin hamısını görmək əsla mümkün deyil. Heyrətamiz yerli mətbəxi (xüsusən əgər siz qoyun ətini xoşlayırsınızsa) və Azərbaycanın çox qonaqpərvər ölkə olmasını da buraya əlavə edin. Azərbaycanda dostlarınız varsa və ya onlarla təzəcə dostlaşmısınızsa, yəqin bilin ki, bu səfəri unutmaq qeyri-mümkün olacaq. Bu diyarın adamları qonağın xatirinə, ona maksimum diqqət yetirmək üçün özlərinin bütün işlərini təxirə salırlar. Bu isə Azərbaycana dönə-dönə gəlmək üçün daha bir tutarlı səbəbdir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub