İQTİSADİYYAT
“TBC Kredit” 2011-ci ildən ipoteka krediti üzrə faiz dərəcəsini aşağı salmışdır
Bakı, 1 yanvar (AZƏRTAC). 2011-ci ildən “TBC Kredit” faiz dərəcəsini 4 faiz aşağı salaraq ipoteka kreditləri üzrə şərtləri yaxşılaşdırmışdır.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, artıq yanvardan həmin kreditlər üzrə minimal faiz dərəcəsi illik 14 faiz, müddəti isə 10 il təşkil edəcəkdir.
“TBC Kredit” təkcə mənzil alışı üçün deyil, həmçinin təmir, şəxsi evin tikintisi, torpaq sahəsinin alışı üçün də kreditlər təklif edir. Şəxsi evin tikintisi üçün minimal illik faiz dərəcəsi 16 faiz, təmir üçün isə minimum 18 faiz təşkil edir. Bununla bərabər kreditin maksimal məbləği 200 min dollar təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [16:28]
Nizami rayonunda küçənin bir hissəsi təmir olunub
- 30.04.2024 [15:43]
Sahibkarlığın İnkişafı Fondunun maliyyə hesabatı açıqlanıb
- 30.04.2024 [12:44]
Aksiz markasız 1,7 milyondan çox tütün məmulatı aşkar edilib
- 30.04.2024 [11:16]
“AzerGold”da təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb
- 30.04.2024 [10:57]