TƏHSİL İŞÇİLƏRİNİN ƏMƏK HAQLARININ ARTIRILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Təhsil müəssisələrində çalışan işçilərə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə qərara alıram:
1. Dövlət büdcəsindən maliyyələşən təhsil müəssisələrində çalışan
işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları orta hesabla 25 faiz artırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli
gələn məsələləri həll etsin.
3. Bu Sərəncam 2006-cı il oktyabrın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 sentyabr 2006-cı il.