“TƏHSİL SAHƏSİNDƏ AYRI-SEÇKİLİKLƏ MÜBARİZƏ HAQQINDA” KONVENSİYANIN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. “Təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haqqında” 1960-cı il 14 dekabr tarixli Konvensiya Azərbaycan Respublikasının ona dair bəyanatı ilə (bəyanatın mətni əlavə olunur) təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 oktyabr 2006-cı il