REGİONLAR
Tərtərli fermerlər məhsul yığımını davam etdirirlər
Tərtər, 4 avqust, AZƏRTAC
Tərtər rayonunun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında məhsul yığımı davam edir.
Rayon statistika idarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu günədək 716,9 ton dən üçün qarğıdalı, 218 ton noxud, 10,3 ton dən üçün lobya, 26,6 ton dən üçün günəbaxan, 11 min 216,7 ton müxtəlif növ tərəvəz məhsulları, 4096,4 ton kartof, 6084,6 ton müxtəlif növ meyvə və giləmeyvə istehsal edilib. Hər hektardan orta məhsuldarlıq qarğıdalı üzrə 52,9 sentner, noxud üzrə 25,7 sentner, dən üçün lobya üzrə 51,5 sentner, günəbaxan üzrə 26,6 sentner, kartof üzrə 114,1 sentner, tərəvəz məhsulları üzrə 130,7 sentner olub. İstehsal olunan meyvənin 1880,2 tonu intensiv üsulla becərilən bağlardan toplanıb.
Hazırda rayonda məhsul yığımı ilə yanaşı, bəzi kənd təsərrüfatı bitkilərinin becərilməsi, təkrar və payızlıq əkinlər üçün şum işləri də davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]