İQTİSADİYYAT
Ticarət strategiyasına nəzarət üzrə regional seminar başa çatmışdır
Bakı, 17 oktyabr (AZƏRTAC). Bakı şəhərində Dünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin təşkilatçılığı ilə keçirilən ticarət strategiyasına nəzarət üzrə regional seminar oktyabrın 17-də başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, 32 ölkə təmsilçisinin iştirak etdiyi seminarın təşkilində əsas məqsəd ikili istifadəyə aid edilən əmtəə növlərinin daha dəqiq təsnifatını müəyyənləşdirmək olmuşdur.
Seminar iştirakçılarına belə əmtəə növlərinin müəyyən edilməsi ilə bağlı təcrübə və biliklər aşılanmışdır.
Seminarda gömrük sahəsində elmi və praktiki biliklərə nail olunması, təcrübə mübadiləsinin genişləndirilməsi istiqamətində işlərin davam etdirilməsinin zəruriliyi vurğulanmışdır.