Timor-Leste Demokratik Respublikasının Prezidenti Coze Ramuş-Hortadan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Milli bayramınız - 28 May – Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə yaradılmasının qeyd olunduğu bu tarixi gün çətin dövrdə belə azadlıq, demokratiya və bərabərlik ideallarını cəsarətlə və inamla qorumağı bacaran xalqın mətanətini bütün dünyaya xatırladır.
Ötən onilliklər ərzində Azərbaycan tarixi yol keçərək bizi ruhlandıran yenidənqurma işləri ilə müasir, inkişaf etmiş bir dövlət qurmuş, suverenliyini bərpa etmişdir.
Ölkələrimiz arasındakı dostluğa görə Sizə minnətdarlığımızı çatdırır, siyasi əlaqələrin, eləcə də təhsil, mədəniyyət, enerji, davamlı inkişaf, çoxtərəfli dialoq sahələrində ikitərəfli münasibətlərin möhkəmləndirilməsinin davam etdirilməsi ilə bağlı niyyətimizi bir daha bildirirəm.
Zati-alinizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram.
Ən yüksək ehtiramla,
Coze Ramuş-Horta
Timor-Leste Demokratik Respublikasının Prezidenti