DÜNYA
“Tiraspol” futbol klubu Moldovanın himninə hörmətsiz münasibətə görə cərimə olunmuşdur
Kişineu, 5 iyun (AZƏRTAC). Dnestryanı bölgənin “Tiraspol” futbol klubunun fanatları Moldova Kuboku yarışlarının final görüşündən əvvəl keçirilmiş təntənəli mərasim zamanı Moldova Respublikasının himninə hörmətsizlik nümayiş etdirmişlər. AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, buna görə klub 16 min dollardan çox rekord məbləğdə cərimə olunmuşdur.
Matçın inspektorunun rəsmi raportundan görünür ki, Dnestryanı bölgənin azarkeşləri himnin ifası zamanı özlərini nalayiq aparmışlar.
Dnestryanı bölgəni təmsil edən “Tiraspol” klubu cəriməni iyunun 19-dək ödəməlidir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [15:16]
Milanda içki satışına bəzi qadağalar qoyulub
- 03.05.2024 [15:03]
Vyetnamda qidadan 487 nəfər zəhərlənib
- 03.05.2024 [15:01]
Çin Ayın görünməyən tərəfinə kosmik missiyaya start verib
- 03.05.2024 [14:40]
İndoneziyada torpaq sürüşməsi və sel 7 nəfərin həyatına son qoyub
- 03.05.2024 [14:24]
Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib
- 03.05.2024 [14:15]
Kuleba və Kemeron Ukraynaya hərbi yardımı müzakirə ediblər
- 03.05.2024 [13:54]