SİYASƏT
Toni Adams: Azərbaycanda olan qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında dünya ictimaiyyətini məlumatlandırmaq vacibdir VİDEO
London, 25 iyun (AZƏRTAC). Azərbaycanda olan qaçqın və məcburi köçkünlərin vəziyyəti haqqında dünya ictimaiyyətini məlumatlandırmaq vacibdir.
Bu sözləri Avropa Azərbaycan Cəmiyyətinin dəstəyi ilə dünyada qaçqın və məcburi köçkünlərin vəziyyətini ön plana çəkmək üçün keçirilən xeyriyyə matçında iştirak edən məşhur ingilis futbolçusu Toni Adams AZƏRTAC-a müsahibəsində demişdir. O, respublikamızın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində dünyada ən çox qaçqın və məcburi köçkünü olan ölkələr sırasında olduğunu və dünya ictimaiyyətini bununla bağlı məlumatlandırmağın vacibliyini vurğulamışdır.
Dünyadakı münaqişələrin tezliklə həll olunacağına və doğma yurd-yuvalarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin vəziyyətlərinin tezliklə yaxşılaşacağına əminliyini bildirən T.Adams bu cür əhəmiyyətli xeyriyyə matçında iştirak etməkdən qürur hissi keçirdiyini demişdir.
Azərbaycan futbolunun inkişafına dair fikirlərini də bölüşən məşhur futbolçu ölkəmizin “Neftçi”, “Xəzər-Lənkəran” kimi klublarının son dövrlərdəki uğurlarını yüksək qiymətləndirmişdir.
Orxan İsmayılov
AZƏRTAC-ın xüsusi müxbiri
London