İDMAN
Topaz Premyer Liqasında mövsümün oyunlar üzrə məhsuldarlıq rekordu təkrarlanıb
Bakı, 25 dekabr, AZƏRTAC
Futbol üzrə Topaz Premyer Liqasında mövsümün oyunlar üzrə məhsuldarlıq rekordu təkrarlanıb.
Peşəkar Futbol Liqasından AZƏRTAC-a bildiriblər ki, buna XVIII turun Zaqatalada keçirilən “Simurq” - “Bakı” oyununda 7 qolun vurulması səbəb olub. Meydan sahiblərinin 5:2 hesabı ilə qalib gəldiyi görüşdə bu qədər qolun vurulması cari mövsüm üçün ən yüksək göstəricidir. Bunadək yalnız sentyabrın 19-da keçirilən “İnter” - “Bakı” görüşündə bu qədər qol qeydə alınmışdı. Beşinci turun qarşılaşmasında meydan sahibləri 7:0 hesabı ilə qalib gəmişdi. Bu məhsuldarlıq 92 gündən sonra təkrarlanıb.
Qeyd edək ki, milli çempionatlar tarixinin ən məhsuldar oyununda 16 qol vurulub. 1996-cı il noyabrın 23-də baş tutan matçda “Kəpəz” “Şəmkir”ə qalib gəlib - 14:2.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]