REGİONLAR
Toxum istehsalı 2 dəfə artırılacaq
Tovuz, 23 sentyabr, AZƏRTAC
Tovuz 1 saylı Dövlət Kənd Təsərrüfatı İstehsal Müəssisəsi cari ildə 70 hektar taxıl sahəsindən 189 ton məhsul əldə edib. Bunun 50 tonu fermerlərə toxum kimi satılıb.
Müəssisənin rəhbəri Saləddin Sadıqovun AZƏRTAC-a verdiyi məlumata görə, 10 hektar sahədən 150 ton kartof götürüblər. Bir vaxtlar toxumçuluq təsərrüfatı kimi yaradılan bu müəssisədə indi tərəvəz toxumları yetişdirilir. Bu mövsümdə 200 kiloqram tərəvəz toxumu əldə olunaraq satışa çıxarılıb.
Növbəti mövsümdə daha çox tələbat duyulan taxıl və tərəvəz toxumlarının istehsalını 2 dəfə artırmaq nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]