DÜNYA
Tramp demokratları seçkilərin saxtalaşdırılmasında ittiham edib
Vaşinqton, 16 noyabr, AZƏRTAC
ABŞ prezidenti Donald Tramp demokratları yenidən aralıq seçkilərin saxtalaşdırılmasında ittiham edib.
AZƏRTAC xəbər verir ki, Ağ evin başçısı “Daily Caller” qəzetinə müsahibəsində deyib: “Respublikaçıların seçkilərdə qalib gəlməməsinə səbəb potensial qeyri-leqal səslər olub... Səsvermə hüququ olmayan insanlar səs vermək üçün növbəyə dayanır və dairə üzrə hərəkət edirlər. Bəzən onlar öz maşınına qayıdır, papaqlarını və köynəklərini dəyişərək yenidən növbəyə qatılır və təkrar səs verirlər”.
Tramp yenidən seçici vəsiqəsinin tətbiqi haqqında qanun layihəsi qəbul etməyə çağırıb və demokratların bu bəyanatını təkzib edib ki, qeydiyyat qaydalarının sərtləşdirilməsi yoxsul təbəqələrin və irqi-etnik azlıqların nümayəndələrinin seçkilərdə iştirak dərəcəsini azaldacaq.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton