ELM VƏ TƏHSİL
Türk Standartları İnstitutunun auditorları Azərbaycan Dövlət İqtisad Universitetində olmuşlar
Bakı, 18 iyun (AZƏRTAC). İyunun 18-də Türk Standartları İnstitutunun auditorları Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) növbəti qiymətləndirməyə başlamışlar.
Universitetdən AZƏRTAC-a bildirmişlər ki, İSO 9001:2008 KİS layihəsi çərçivəsində 2013-2014-cü tədris ili üzrə keçirilən qiymətləndirmə iki gün davam edəcəkdir. Bu müddətdə İSO standartlarına uyğun olaraq ADİU-nun bütün struktur bölmələri, mərkəzləri, fakültələri və kafedraları üzrə keyfiyyəti idarəetmə sisteminin icra sənədləri yoxlanılacaqdır. Yekun olaraq İSO 9001:2008 KİS üzrə universitetə verilən sertifikatın müddətinin daha bir il qüvvədə qalması məsələsinə baxılacaqdır. Nəticələr iyunun 19-da məlum olacaqdır.
ADİU İSO 9001:2008 KİS üzrə beynəlxalq sertifikata layiq görülmüş ilk dövlət universitetidir.