DÜNYA
Türkiyə ABŞ şirkətini Aralıq dənizindəki qazma işlərinə cəlb edib
Bakı, 26 oktyabr, AZƏRTAC
“Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti ABŞ-ın “Schlumberger” şirkəti ilə Aralıq dənizində qazma işləri üçün müqavilə imzalayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Schlumberger” məlumat yayıb. Bildirilib ki, 15 milyon dollarlıq müqavilə Aralıq dənizində reallaşdırılacaq qazma işləri çərçivəsində imzalanıb.
Qeyd edək ki, Türkiyə özünün “Fatih” adlı kəşfiyyat-axtarış qazma gəmisi ilə Aralıq dənizinin dərinsulu hissəsində ilk qazma işlərinə gələn ay Antalya sahilində başlayacaq. Dənizin dayazsulu hissəsində qazma işləri isə eyni vaxtda Mersin sahilində aparılacaq. Antalya sahilində qazma işlərinin aparılacağı sahədə dərinlik təxminən 2000-2500 metrdir. Torpaq qatından 5-6 min metr dərinlikdə qazma işləri aparılacaq. Artıq lazımi hazırlıqlar görülüb.
Türkiyənin istehsal etdiyi “Fatih” qazma gəmisi bu ilin mayında istifadəyə verilib.