İQTİSADİYYAT
Türkiyə ilə tranzit sazişin əldə olunması Azərbaycana təkcə “Şahdəniz” yatağından deyil, digər yataqlardan da qaz ixrac etməyə imkan verir
Bakı, 2 noyabr (AZƏRTAC). Türkiyə ilə tranzit sazişin əldə olunması Azərbaycana təkcə “Şahdəniz” yatağından deyil, digər yataqlardan da qaz ixrac etməyə imkan verir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Elşad Nəsirov Bakıda keçirilən “Milli neft strategiyasında Dövlət Neft Fondunun yeri və rolu” mövzusunda konfransda demişdir.
İxrac marşrutları barədə danışan vitse-prezident qeyd etmişdir ki, Azərbaycan qazının Türkiyənin şərq sərhədlərindən qərbədək nəqlinin təmin olunması məqsədi ilə üç varianta baxılması mümkündür. Onların sırasında Türkiyə ərazisindəki mövcud infrastrukturun modernləşdirilməsi və genişləndirilməsi, “Nabukko” qaz kəmərinin tikintisi, eləcə də Türkiyə ərazisində yeni qaz kəmərinin çəkilişi vardır.
Hazırda Azərbaycan xalis qaz ixracatçısına çevrilmişdir və ölkədə artan qaz həcmlərinin ixracı üçün tədarükün bir neçə variantı nəzərdən keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]