SİYASƏT
TÜRKİYƏ PREZİDENTİ AZƏRBAYCANIN XARİCİ İŞLƏR NAZİRİNİ QƏBUL ETMİŞDİR
Ankara, 25 dekabr (AZƏRTAC). Türkiyə Prezidenti Abdullah Gül Çankaya köşkündə Ankarada rəsmi səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Prezident İlham Əliyevin səmimi salamlarını Türkiyənin dövlət başçısına çatdırmışdır. Abdullah Gül də onun səmimi salamlarını Azərbaycanın dövlət başçısına çatdırmağı xahiş etmişdir.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin təmin olunması, Türkiyə-Azərbaycan əlaqələrinin perspektivləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov, Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç görüşdə iştirak etmişlər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
######