Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

TÜRKİYƏ SİLAHLI QÜVVƏLƏRİ BAŞ QƏRARGAHININ RƏİSİ, ORDU GENERALI CƏNAB HİLMİ ÖZKÖKƏ

Hörmətli Hilmi Özkök, 

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi vəzifəsinə təyin olunmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ümidvaram ki, bu yüksək vəzifədə fəaliyyətiniz dövründə dost və qardaş ölkələrimiz arasında hərbi əməkdaşlıq sahəsində yeni-yeni nailiyyətlər əldə edəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 avqust 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin