DÜNYA
Türkiyədə kömür mədənində baş vermiş qəza ölkədə normal həyat ahəngini pozmuşdur
İstanbul, 16 may (AZƏRTAC). Xəbər verdiyimiz kimi mayın 13-də Türkiyənin Manisa vilayətindəki kömür mədənlərindən birində baş vermiş qəzada çoxlu sayda ölən və yaralanan vardır.
Rəsmi məlumata görə, həlak olanların sayı 283 nəfərə çatmışdır. Mədəndə xilasetmə işləri davam etdirilir.
Faciə ilə əlaqədar ölkədə üç günlük matəm elan olunmuşdur. Kütləvi mədəniyyət tədbirləri və əyləncələrin keçirilməsi qadağan edilmiş, bütün dövlət qurumlarında dövlət bayraqları yarıyadək endirilmişdir. Yerli televiziya kanalları hadisə yerindən, həlak olanların ailələrindən kadrlar yaymaqdadır.
Ölkə rəhbərliyi və siyasi partiya sədrləri hadisə yerinə gələrək insanların dərdinə şərik olurlar.
Sabir Şahtaxtı,
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.05.2024 [14:40]
İndoneziyada torpaq sürüşməsi və sel 7 nəfərin həyatına son qoyub
- 03.05.2024 [14:24]
Çin Ayın görünməyən tərəfinə kosmik missiya göndərib
- 03.05.2024 [14:15]
Kuleba və Kemeron Ukraynaya hərbi yardımı müzakirə ediblər
- 03.05.2024 [13:54]
İraqın şimalında 32 PKK terrorçusu zərərsizləşdirilib
- 03.05.2024 [13:53]
BƏƏ neft hasilatını artırdığını bəyan edib
- 03.05.2024 [13:30]
Gürcüstan “yaşıl dəhliz” layihəsinə özəl sektoru cəlb etmək istəyir
- 03.05.2024 [12:47]