TÜRKİYƏDƏ ZƏLZƏLƏ BAŞ VERMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, oktyabrın 23-də yerli vaxtla saat 21.44 radələrində Türkiyənin ərzurum vilayətinin ərazisində zəlzələ baş vermişdir. İstanbulun Kandilli seysmoloji mərkəzinin məlumatına görə zəlzələnin episentri Ərzurum vilayətinin Çat rayonu, gücü isə Rixter cədvəli ilə 3,5 bal olmuşdur. Dağıntı və tələfat yoxdur.